Salyanda pambıq zavodunun həyətində Rəsulzadənin heykəlinin qapalı qalmasına Ramiz Mehdiyev səbəb olub- İttiham...
Salyan rayon sakinləri Moderator.az-ın redaksiyasına akademik Ramiz Mehdiyevlə bağlı maraqlı fakt göndəriblər. Sakinlər bildiriblər ki, Salyanda Şəhidlər məzarlığının və M.Ə.Rəsulzadənin heykəlinin qapalı yerdə qalmasında R.Mehdiyev səbəb olub.
Rayon sakini olanları əməkdaşımıza belə nəql edib:
“Gedənin arxasıyca danışmazlar, amma bunlar həqiqətdir. Bura Salyanda 1918-ci ildə şəhid olan türk qardaşlarımızın məzarlığıdır, amma əhaliyə qapalı ziyarət yeridir. 2015-ci ildə rayonda abadlıq, yenidənqurma işləri zamanı bir qrup yerli qazi həmin ziyarətgahın yol tərəfdən hasarının kənardan sökülməsini və gözlə görünməsi arzusuyla müxtəlif rəhbər şəxslərə elçi düşdülər. Sonda iş icra başçısının sədrinə həvalə olundu. Həmin dövrdə Salyan rayon icra başçısı olan Tahir Kərimov təşəbbüsə dəstək vermək üçün hasarın söküləcəyinə söz verdi. Amma bir müddət sonra T.Kərimov bunu icra edə bilmədi. Məlum oldu ki, bu işin arxasında akademik Ramiz Mehdiyev dayanıb”.
Rayonda rəhbər şəxslərə yaxınlığı ilə tanınan sakinin sözlərinə görə R.Mehdiyevin M.Ə.Rəsulzadənin rayonda olan heykəlini də hasara salıb:
“R.Mehdiyev Salyanda rayonun 2800 illiyinin keçirilməsinə də bir müddət razılıq verməyib, amma sonradan bu mümkün oldu. Bununla yanaşı, M.Ə.Rəsulzadənin (rəsmi müraciət olsa da) pambıq zavodunun həyətində yerləşən vaxtilə açıq qalan heykəlinin sonradan qapalı şəraitdə saxlanmasının da səbəbkarı R.Mehdiyev olub”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...