SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Karantin qadağası Ağdama aid deyil... - Vaqif Həsənovun işçiləri toyda necə şənlənir..

Karantin qadağası Ağdama aid deyil... - Vaqif Həsənovun işçiləri toyda necə şənlənir..

Tarix:

27-08-2020, 11:34

/ 1 027 dəfə oxundu.
Karantin qadağası Ağdama aid deyil... - Vaqif Həsənovun işçiləri toyda necə şənlənir..

Hələ 2 avqust tarixində yazmışdıq ki, Ağdamda karantin günlərində vəzifəli şəxslərin toy-nişan mərasimi keçirməsi xəbəri böyük ajiotaja səbəb olub.
Xəbər vermişdik ki, Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova karantin günlərində qapalı yerdə çoxsaylı insanların iştirakı ilə nişan mərasimi keçirib. Bundan əvvəl isə Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova bacısı oğlu Zabilin də Yevlaxda toy mərasimi olub.
Mərasimindən çəkilmiş şəkillərdə qapalı məkanlarda bütün toy məclislərinin keçirilməsinin qadağan olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci tarixli qərarının tələblərinin kobud şəkildə pozulduğu aydın görünürdü.
Yazmışdıq ki, icra başçısı Vaqif Həsənov nəinki bu mərasimin keçirildiyin bilib, hətta yeni evlənənlərə “xeyir-dua” verib.
Məsələ ondadır ki, Misirxanovanın qudası Muradxan həkim də tanınmış adamdır. Oğlu isə yerli icra hakimiyyətində işləyir.Həmin vaxt Ağdamda bu xəbəri nə təsdiq,nə təkzib etdilər.
Dünən nəhayət bu xəbəri nəhayət Misirxanova özü təsdiq etdi.
Xəbərlərdə deyildi ki, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova qızı Mehparə Əzizovaya karantin zamanı nişan etdiyi üçün cəzalandırılıb.
Bu barədə Mətanət Misirxanova özü məlumat verib.
O qeyd edib ki, sözügedən məclis 23 may 2020-ci ildə keçirilib:
“Nişan mərasimi öz evimdə, yalnız ailə üzvlərimizin iştirakı ilə keçirilib. Məclisdə ailədən kənar heç kim olmayıb.
Nişanda qız və oğlan evi birgə 18 nəfər olub. Karantin qaydalarını pozduğuma görə haqqımda Ağdam Rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edilib”.
Qeyd edək ki, Misirxanovanın kürəkəni olacaq gənc Nurlan Vaqif Həsənovun işçisidir.
Bundan başqa orda həmin zaman icra hakimiyyətinin daha iki səlahiyyətli nümayəndəsi iştirak edib.
Həmin şəxslərin fotolarını təqdim edirik.
Ölkə prezidentinin tövsiyyələrini bilə-bilə rayonda karantin qaydalarının kobud pozulmasına göz yuman icra başçısının əməlinə necə qiymət verək?
Düşünürük ki, Vaqif Həsənovun istefa verməsinin tam zamanıdır.
Onun daha hansı qanunsuzluqlara göz yumması haqda faktlarımız var. Ardıcıllıqla təqdim edəcəyik. //Azerinfo.tv//
Karantin qadağası Ağdama aid deyil... - Vaqif Həsənovun işçiləri toyda necə şənlənir..

Şərhlər

XƏBƏR LENTİ