XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Şuşalı fermerin Ağdamda torpağını kimlər zəbt edib – VİDEO

Şuşalı fermerin Ağdamda torpağını kimlər zəbt edib – VİDEO

Şuşalı fermerin Ağdamda torpağını kimlər zəbt edib – VİDEO
20-08-2020, 01:36

Bütün sənədlər Tofiq Əliyevin torpaq üzərində hüququnu təsdiq etsə də Gəncə Apelyasiya Məhkəməsi onun mənafelərini qorumaq əvəzinə zəbti həyata keçirmiş şəxsləri müdafiə etməyə çalışır

Əslən Şuşadan olan Tofiq Əliyev köçkün olandan Ağdam rayonunun Ergi düzündə məskunlaşıb. Burada təsərrüfat yaradaraq dolanışığını təmin etməyə çalışıb. Onu da deyək ki, Tofiq Əliyevdən başqa burada məskunlaşmış başqa şuşalılar da var. Onlar da əkin biçinlə məşğul olurlar. Ancaq Tofiq Əliyevdən fərqli olaraq onlar istifadə etdikləri torpağa görə nə bir qanuni sənəd əldə ediblər, nə də dövlətə qazancları müqabilində vergi və başqa mənfəətləri veriblər. Tofiq Əliyev isə hər addımında qanuna söykənib. İstifadə elədiyi torpağa görə dövlət orqanı ilə icarə müqaviləsi bağlayıb. İcarə müqaviləsini başqa bir dövlət orqanında qeydiyyatdan keçirib. Qazancından dövlətə də xeyir verib. Ancaq buna baxmayaraq başqaları onun istifadə etməli olduğu torpağı zəbt edib, əkib becərirlər. Bir ildən də artıqdır ki, Gəncə Apelyasiya Məhkəməsinin hakimi Firət Mehdiyev qanuni əsaslarla torpağı istifadə etməli olan şəxsi deyil, nədənsə əlində heç bir sənədi olmayan şəxslərin xeyrinə qərar çıxartmağa çalışır. Belə desək ki, hakim kürsüsündən qanunu zorlamaqla məşğuldur.
Tofiq Əliyevin cumhuriyyet.az-a bildirdiyinə görə 27 oktyabr 2018-ci ildə Ağdam rayon İcra Hakimiyyətiilə rayonunun Ergi deyilən ərazisində maldarlıqla məşğul olmaq üçün 18 hektar torpaq sahəsini 5 il müddətinə icarəyə götürüb. Həmin torpaq sahəsinə dair icarə müqaviləsini dövlət qeydiyyatından keçirib, “ çıxarış” əldə edib.“ İstifadə edəcəyim torpaq sahəsini Ağdam rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri mənə təhvil vermək istəyərkən məlum oldu ki, həmin ərazini bir neçə nəfər zəbt edib. Sözügedən ərazinin 15 hektarını İsmayılov Mirələm Hüseyn oğlu , 3 hektarını isə Qurbanov Rəhman Əvəz oğlu özbaşına zəbt edib qanunsuz istifadə edirlər.Hər iki şəxsə torpaq sahəsinin qanunsuz zəbtetmənin hüquqi nəticələri izah olunub.Lakin cavabdehlər torpaq sahəsindən könüllü çıxmaqdan imtina ediblər.”- deyə Tofiq Əliyev vurğulayıb.
Şikayətçi Tofiq Əliyevin dediklərindən belə məlum olur ki, qanuni olaraq Ağdam rayonunun Ergi düzündə 18 hektar torpaq sahəsi alıb, təsərrüfat işləri ilə məşğul olmaq istəyirmiş.Ancaq onun qanuni getmək istədiyi yolu qanunsuz olaraq bir neçə nəfər əngəlləyib. Əlindəki sənədlərlə qanuni hüquqlarını müdafiə etməyə çalışan Tofiq Əliyev Ağdam rayon məhkəməsindən ədalətli qərar almağına baxmayaraq Gəncə Apelyasiya Məhkəməsinin hakimi Fikrət Mehdiyevin işə qərəzli yanaşması səbəbindən icarədarı olduğu torpağında təsərrüfatını yarada bilmir.Beləki, Gəncə İnzibati Məhkəməsi dövlətin rəsmi qrumlarının verdiyi sənədləri heçə saymaqla qanunsuz zəbtetməyə hüquqi əsaslar yaratmaq istiqamətində fəaliyyət göstərir. Bir sözlə hakim Fikrət Mehdiyev görünən dağın mövcudluğunu təsdiq etmək əvəzinə, ora baxmağın qadağan edilməsinə çalışır, sanki.
Tofiq Əliyevin dediyinə görə icarədarı olduğu torpağın əlindən alınması üçün saysız hesabsız yollara əl atılıb. Hüquqi yollarla istəklərinə nail olmağa çalışıblar. Əldəki sənədlərin legitimliyini şübhə altına almağa cəhdlər göstərilsə də buna nail ola bilməyiblər. Dövlət reester xidmətinin verdiyi icarə müqaviləsinin qeydiyyat çıxarışının ekspertizaya göndərilməsini təşkil ediblər. Hər dəfə də verilən cavablar Tofiq Əliyevin xeyrinə olub. Ekspertizanın cavabında sənədlərin tam qanuna uyğunluğu göstərilib.İndidə bu oyunu ona qarşı davam etdirirlər.
Şuşalı fermer ölkə başçısına ,ədliyyə hüquq sisteminin başında duranlara üz tutub , ona qarşı qanunsuzluğun dayandırılmasını xahiş edir.
Sonda onu da qeyd edək ki, Tofiq Əliyev Fikrət Mehdiyevin obyektivlikdən kənar olduğunu bildirməklə işin başqa hakimə verilməsini istəyir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.