SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Bank Respublika”nın Yevlax filialı sahibkarlar üçün ayrılan vəsaiti mənimsədi

"Bank Respublika”nın Yevlax filialı sahibkarlar üçün ayrılan vəsaiti mənimsədi

Tarix:

18-08-2020, 09:29

/ 1 096 dəfə oxundu.
"Bank Respublika”nın Yevlax filialı sahibkarlar üçün ayrılan vəsaiti mənimsədi

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlara 250 manat vəsaitlərin köçürülməsi ilə bağlı bəzi problemlər yaranıb.

Bu barədə İstixebertv.com-a Yevlaxlı sahibkarlar məlumat verib. Onların iddialarına görə, “Bank Respublika” nın Yevlax rayonundakı filialında vəsait tam qaydada ödənilməyib.

Sahibkar Yabir Məmmədov: dövlət tərəfindən mənə verilməli olan 250 manat yardımla bağlı Bank Respublikanın Yevlax filialına yaxınlaşdım. Orda müəyyən sənədlərə imza atdıqdan sonra kassadan mənə 246 manat 20 qəpik vəsait verdilər. Düşündüm ki, dövlət tərəfindən 3 manat 80 qəpik faiz tutulub. Lakin sonradan maraqlandım ki, dövlət tərəfindən heç bir faiz tutulmur. Sizin sayt vasitəsi ilə ölkə rəhbərinə müraciət edirəm ki, Sizin sahibkarlara ayırdığınız 250 manat vəsaitin bir qismini Bank Respublika mənimsəyir. Xahiş edirəm bizə yardımçı olun.

Sahibkar Əliyev Vaqif: mənədə eyni qaydada yardım tam ödənilmədi. Məndə fikirləşdim ki, faiz tutulur. Mənə isə 246 manat 80 qəpik verildi. Siz araşdırmanızdan sonra öyrəndim ki, dövlət tərəfindən komissiya və ya faiz tutulmur.

Məsələ ilə bağlı millət vəkili, iqtisadçı Vüqar Bayramovla əlaqə saxladıq.

“250 manat yardım birbaşa sahibkarın bank hesabına köçürülür. Ola bilər ki, bank nağdlaşdırma faizi tutub. Sahibkarla bank arasında bağlanan müqavilədə o şərtlər ola bilər ki, qeyd edilib. Ancaq sahibkara məlumat verilməyib. Amma bu bank nağdlaşdırılmasının dövlət tərəfindən sahibkarlara verilən yardımla heç bir əlaqəsi yoxdur. Sahibkarlara ayrılan 250 manat vəsait tam qaydada ödənilməlidir. Qeyd etdiyiniz məsələ kütləvi halda baş veribsə, biz bununla bağlı rəsmi qaydada Mərkəzi Bank və İqtisadiyyat Nazirliyinə parlament sorğusu göndərəcəyik.” – deyə millət vəkili bildirdi.

Bank Respublikanın Yevlax rayon Filialı ilə əlaqə saxlamağa çalışsaqda telefonlarımıza cavab verən olmadı.

Yevlax Şəhər İcra Hakimiyyətindən saytımıza bildirildi ki, məsələ ilə bağlı məlunatımız yoxdur.

Məsələnin tam qaydada araşdırmaq üçün Bank Respublikanın “144” qaynar xətti ilə əlaqə saxladıq. Operator xanım bir mənalı şəkildə qeyd etdi ki, dövlət tərəfindən sahibkarlara ayrılan 250 manat vəsait tam qaydada ödənilməlidir. Şikayətinizlə bağlı araşdırma aparılacaq və sizə yaxın zamanda məlumat veriləcək.

Mövzuya yenidən qayıdacağıq…

Şərhlər

XƏBƏR LENTİ