Zaqatalada gizli nişan mərasimləri keçirənlər cərimələnib
Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən 2 fərdi yaşayış evində karantin qaydalarının pozularaq, gizli nişan mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin məlumat əsasında polis əməkdaşları şəhər sakini Firəngiz Məmmədovaya və rayonun Danaçı kənd sakini Rauf Əliyevə məxsus evlərə gəliblər. Həmin ünvanların hər birində 20-dən artıq şəxsin bir yerə toplaşaraq, karantin qaydalarını pozduqları aşkar edilib.
Ev sahibləri və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət edilib. Onlara ölkədə elan edilən karantin rejiminin tələb və qaydaları izah olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...