SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Məhkəmədə qanunsuzluqlarla üzləşən vətəndaş prezidentə şikayəti

Məhkəmədə qanunsuzluqlarla üzləşən vətəndaş prezidentə şikayəti

Tarix:

10-08-2019, 15:52

/ 537 dəfə oxundu.
Məhkəmədə qanunsuzluqlarla üzləşən vətəndaş prezidentə şikayəti

Sabirabad rayon Sakini Əliyeva Gültəkin Qardaşxan Qızı Məhkəmələr tərəfindən ciddi qanunsuzluqlarla üzləşmişdir.
Millitv.az redaksiyasına redaksiyasına müraciət edən Sabirabad rayonu,Molla Vəli Vidadi küçəsi,ev 14 ünvanında yaşayan Əliyeva Gültəkin Qardaşxan qızı bildirir ki, neçə müddətdit məhkəmələrin qanunsuzluqları ilə üzləşibdir. Yaranmış vəziyyətlə bağlı üzünü media sahəsinə tutan Əliyeva Gültəkin pozulmuş hüquqlarının bərpa edilməsində köməklik göstərilərək səsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya çatdırılkmasını xahiş etmişdir.
Şikayətçi bildirir ki,o 2013-cü ildə Sabirabad rayonu Heydər Əliyev Prospektində yerləşən “Aqat” qızıl mağazasının sahibi (VÖEN 800012332) üzrə fəaliyyət göstərən Süleymanova Aybəniz Diyar qızından 36733 manat dəyəində qızıl zinət əşyaları nisyə olaraq satın alınmışdır.Bundan sonra 2015-ci ilin əvvəlində ABŞ dollarının məzənnəsi Azərbaycan manatına nisbətdə yüksəldiyi üçün Süleymanova Aybəniz Diyar qızı tərəfindən mənim mağazada ondan nisyə aldığım qızıl-zinət əşyalarına görə ödəməli olduğum ödənişin xarici valyuta olan ABŞ dolları ilə ödənilməsi barədə mənə qəbz yadıraraq imza etdirmişdir və mənim tərəfimdən nisyə aldığım qızıl-zinət əşyaları üçün milli valyuta olan Azərbaycan manatı ilə ödənişlər edilərək Aybənizə 33000 manat məbləğində pul ödənmişdir və mənim ona 2583 manat borcum qalmışdır.Bundan sönra Süleymanova Aybəniz Diyar qızı tərəfindən mənə qarşı “satılmış mala görə 36173 ABŞ dolları məbləğindəpulun məndən alınaraq ona ödənilməsi barədə” Sabirabad rayon məhkəməsinə iddia verilmişdir və Sabirabad rayon məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsilə iddia təmin edilərək satılmış mala görə 36173 ABŞ dolları məbləğində pulun Əliyeva Gültəkin Qardaşxan Qızından alınaraq iddiaçıya ödənilməsi qərara alınmışdır.
Cavabdeh Əliyeva Gültəkin Qardaşxan Qızı Sabirabad rayon məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının sədrlik edən hakimi Tofiq Heydərov Süleymanova Aybəniz Diyar qızını vəkili kimi müdafiə edərək 09 iyul 2019-cu il tarixli,2(106)2392/2019 saylı qətnaməsilə apellyasiya şikayətini təmin etməmişdir.Beləliklədə Əliyeva Gültəkin Qardaşxan Qızı məhkəmə hakimlərinin haqsızlığları ilə üləşmişdir. Əliyeva Gültəkin Qardaşxan Qızının nümayəndəsi Xanaliyev Tahir Məhəmməd oğlu (vəkil) məsələni hüquqi tərəfdən izah edərək redaksiyaya açıqlam vermişdir.Vəkil Tahir xanaliyev bildirir ki,Azərbaycan Respublikasının Konstitusiyasının 19-cü maddəsinə əsasən Azərbaycan Respublikasında pul vahidi manatdır və Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
Mövcud mübahisə üzrə iddiaçı Süleymanova Aybəniz Diyar qızı cavabdeh Əliyeva Gültəkin Qardaşxan Qızına nisyə olaraq qızıl-zinət əşyaları satmış bu razılaşma tərəflər arasında manatla razılşdırılmış, sonradan isə iddiaçı cavabdehə nisyə satılan mala görə 36173 ABŞ dolları məbləğində pul ödəməli olduğu barədə qəbz yazdırmışdır.Bununlada Azərbaycan Respublikasının Konstitusiyasının 19-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.Bu münasibətlər üzrə Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin plenumunun 14 may 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1,439.2,439.7-ci maddələrinə şərh verilmişdir.Verilmiş şərhin qərar aldı hissəsinin ikinçi bəndində Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin manatla “ödəniş vasitəsi”müddəasi görülmüş iş,göstərilmiş xidmət,satılmış mal və sair müqabilində ödənişin həyata keçirilməsi,habelə icbari ödənişlərin (vergi,sosial sığorta və sair)aparılması hallarını nəzərdə tutur.
Əlavə olaraq vurgulamaq istəyirəm ki, iddiaçı Süleymanova Aybəniz Diyar qızı ilə cavabdeh Əliyeva Gültəkin Qardaşxan Qızı arasında bağlanmış 36173 ABŞ dolları məbləğini əks etdirən qəbz yazılarkən sonradan bağlanan əqd əhəmiyyətsiz əqddir.Çünki bu bu əqd Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə və mülki Məcəllənin 439-cu maddəsinin tələblərinə zidd olaraq bağlanmışdır.Əhəmiyyətsiz əqdlər isə qanunvericiliklə bağlanan gündən etibarsız sayılır.

Şərhlər

XƏBƏR LENTİ