XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » İdarə müdiri prezidentin tapşırığını heçə sayır və əlili işdən çıxarır – Ağsuda

İdarə müdiri prezidentin tapşırığını heçə sayır və əlili işdən çıxarır – Ağsuda

İdarə müdiri prezidentin tapşırığını heçə sayır və əlili işdən çıxarır – Ağsuda
11-08-2020, 12:43

Prezidentə olunan müraciət əsasında DOST Mərkəzi tərəfindən işlə təmin olunan II dədrəcəli əlilin müalicədə olduğu bir vaxtda işdən azad olunması heç bir qanuna sığmır və Əlihüseyn Mayılovun bu əməli dərəbəylikdən xəbər verir...

Ağsu şəhəri Səməd Vurğun küçəsi 5 ünvanıda yaşayan II qrup əlil Əfəndiyev Vəfadar Vaqif oğlu PİA.az-a müraciət edərək üzləşdiyi qanunsuzluq və məmur özbaşınalığından şikayət edib.

Vəfadar Əfəndiyev bildirir ki, o hərbi xidmətdə olarkən ağır sətəlcəmə tutulub və ağ ciyərlərində ciddi problem yaaranıb. Əməliyyat nəticəsində ağciyərinin bir hissəsi kəsilərək götürülüb. Vəfadar Əfəndiyev 12 ildən artıqdır ki, həkim nəzarətində yaşayır və davamlı olaraq müaəlicə alır. 2-ci dərəcəli əlil uzun müddət ağır şərtlər altında yaşayıb və yaşamaqda davam edir.

Ölkə prezidenti İlham Əliyev “DOST Mərkəzi”ni yaratdıqdan sonra Vəfadar Əfəndiyev iş üçün prezidentə müraciət edib və həmin müraciət əsasında 2 il əvvəl Ağsu rayon Məşğulluq Mərkəzi tərəfindən rayon Mənzil Kommunal İstismar idarəsində işlə təmin olunub. Çoxmərtəbəli binanın həyətində təmizlik işləri aparan Vəfadar Əvəndiyev hazırda 250 manat maaş aparır. Lakin bunu da ona çox görənlər var.

Bir maddət əvvəl Ağsu Suvarma Sistemləri idarəsinin keçmiş müdiri (işdə yol verdiyi nöqsanlara görə vəzifədən alınıb) Əlihüseyn Mayılov Mənzil Kommunal İstismar idarəsinə müdir gətirilib. İdarəyə gəlir-gəlməz öz qohumlarını işə alan Əlihüseyn Mayılov çoxlu sayda insanı qanunsuz olaraq işdən azad edib. İşdən azad etmələr karantin dönəmində də davam edib.

Hazırda Bakıya müalicəyə gəldiyini bildirən Vəfadar Əfəndiyev söyləyir ki, bundan istifadə etmək istəyən Əlihüseyn Mayılov onu işdən azad edib və yerinə adam götürür. Halbuki Bakıda olduğu müdddətdə ərazidə təmizlik işlərini Vəfadar Əfəndiyevin anası həyata keçirib və təmizliklə bağlı heç bir problem də yaranmayıb. Buna baxmayaraq Əlihüseyn Mayılov Vəfadarın atasını dəvət edərək oğlunu işdən azad etdiyini söyləyib.

Xatırladaq ki, ölkə prezidenti karantin rejiminin başlanğıcında insanların işdən azad olunmamasını tapşırıb. Bu tapşırığa əsasən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işə qəbul və işdən çıxarılmaya karantin müddəti başa çatana qədər moratorium qoyub. Lakin görünür ki, bu moratorium Ağsu Mənzil Kommunal İstismar idarəsinin müdiri Əlihüseyn Mayılov üçün heç bir əhəmiyyət kəsb etmir. Hətta karantini və moratoriumu bir kənara qoysaq belə, prezidentə olunan müraciət əsasında DOST Mərkəzi tərəfindən işlə təmin olunan II dədrəcəli əlilin müalicədə olduğu bir vaxtda işdən azad olunması heç bir məntiqə və qanuna sığmır və Əlihüseyn Mayılovun bu əməli dərəbəylikdən xəbər verir.

Qeyd edək ki, məsələ ilə bağlı PİA.az-ın əməkdaşı Əlihüseyn Mayılovla əlaqə saxlayıb. Əlihüseyn Mayılov bildirib ki, bu məsələdə Vəfadar Əfəndiyevin atası ilə razılığa gəliblər (?!) və ortada heç bir problem qalmayıb. Problemin necə həll olunması ilə bağlı isə Əlihüseyn Mayılov məlumat verməyib.

Dəqiqləşdirmə aparmaq üçün PİA.az-ın əməkdaşı Vəfadar Əfəndiyevin atası Vaqif Əfəndiyevlə əlaqə saxlayıb. Vaqif Əfəndiyev PİA.az-a bildirib ki, oğlunun işdən azad olunması ilə bağlı Əlihüseyn Mayılovla aralarında heç bir razılaşma yoxdur və idarə müdirinin söylədikləri yalandana ibarətdir.
İdarə müdiri prezidentin tapşırığını heçə sayır və əlili işdən çıxarır – Ağsuda


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.