XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Qazaxda şiddətli töhmət verilən həkim: "Bizi kölə vəziyyətində saxladıqlarına görə..."

Qazaxda şiddətli töhmət verilən həkim: "Bizi kölə vəziyyətində saxladıqlarına görə..."

Qazaxda şiddətli töhmət verilən həkim: "Bizi kölə vəziyyətində saxladıqlarına görə..."
7-08-2020, 11:22

Qazax rayon Təcili Tibbi Yardım Stansiyasındakı şəraitsizlikdən şikayət edən və buna görə şiddətli töhmət alan həkim Sevda Nəsibova məhkəməyə müraciət edəcək.
Sevda Nəsibovanın şikayət etdiyi video social mediada yayılandan sonra, Qazaxda rayon Təcili Tibbi Yardım Stansiyasının işçiləri üçün ayrılan müvəqqəti binadakı şərait müzakirələrə səbəb olub.
O bu videoda stansiyanın otaqlarını gəzərək şəraitsizlik və ləvazimatların köhnəlməsi barəsində danışır.
Tovuzda həkimlər: "Nə əlcək verirlər, nə maska, şikayətimizə baxan yoxdur"
Azərbaycanlı təcili tibbi yardım həkiminin hekayəsi
"Haradan pul qazanmalıyıq? Axı, göydən pul tökülə bilməz" - məşhurlar etiraz edir

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Biriliyinin açıqlamasında deyilir ki, Sevda Nəsibova vəzifə səlahiyyətlərini aşaraq yanlış məlumatlar yaydığı, əhali arasında çaşqınlıq yaratdığı və görülən işlərə kölgə saldığına görə şiddətli töhmət alıb.
Qazax rayon icra hakimiyyəti həkimin çıxışını "koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Qazax səhiyyəsinin adına kölgə salan paylaşım və xoşagəlməz hal adlandırıb."
"Qazax Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova da bu video barəsində danışıb və bəzi əməkdaşların bu cür hərəkətini hamılıqla pislədiklərini deyib.
12 ildir təcili yardım stansiyasında həkim terapevt kimi işləyən Sevda Nəsibova isə deyir ki, o demokratik dövlətdə yaşadığı üçün sadəcə söz azadlığından istifadə edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.