Mərkəzi- Aran RETSİ, Bərdə EŞ
İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Mərkəzi Aran RETSİ, Bərdə Elektirk Şəbəkisinin xidməti ərazisində geniş quruculuq işləri həyata keçirilir. Əhalisinin əksəriyyəti maldarlıq və əkin işi ilə məşğul olan Bərdənin Mehdili kəndinin elektrik enerjisi təsərüffatı 60-cı illərin əvvəllərində qurulub və son illər istifadəyə yararsız vəziyyətə düşüb.1500-dən çox sakinin yaşadığı kənddə elektrik enerjisi itkisi 30-35% olub. “Azərişıq” ASC Mehdilidə elektrik enerji təchizatını indi tamamilə yenidən qurur. İstismara yararsız dayaq və naqillər həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunur.
Bərdə rayonunda Yenidaş kənd ərazisində 35/10 kV-luq “Yeni Həyat” yarımstansiyası yenidən qurulur. Yarımstansiya 7 mindən çox sakinin yaşadığı 8 kəndi kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edəcək. 7,5 MVA gücündə transformator quraşdırılan Yarmstansiyadan 3 ədəd 10 kV-luq hava elektrik verilişi xətti çıxır. Yenidən qurulan yarımstansiya həmçinin 100-dən çox su artezian quyusuna da elektrik enerjisi verir. Kəndlərin suya olan təlabatını ödəmək üçün bu yarımstansiya müstəsna rola malikdir. Açıq tipli yarımstansiya tkinti işləri tam başa çatdıqdan sonra qapalı şəraitdə fəaliyyətini davam etdirəcək.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək