SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Mingəçevirdə klinka rəhbəri saxta diplom alveri ilə məşğuldur!?-FOTO

Mingəçevirdə klinka rəhbəri saxta diplom alveri ilə məşğuldur!?-FOTO

Tarix:

28-07-2020, 11:04

/ 1 460 dəfə oxundu.
Mingəçevirdə klinka rəhbəri saxta diplom alveri ilə məşğuldur!?-FOTO

Mingəçevir şəhərində yerləşən “Avromed” klinkasının rəhbəri saxta diplom alveri ilə məşğuldur və vəfat etmiş Qarabağ qazisinin həyat yoldaşının 6500 dollar pulunu mənimsəyib.

Bu iddiaları “Kanal32” İnformasiya Agentliyinə məktubla müraciət edən Mingəçevir şəhər sakini Vəfa Zeynalova səsləndirib.Onun sözlərinə görə,“Avromed” klinkasının rəhbəri,eyni zamanda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında həkim işləyən Aşurov Şıxəli Ramazan oğlu onun etibarından sui istifadə edərək Gürcüstan Respublikasında fəaliyyət göstərən Beynəlxalq İctimai Kollecə qəbul adı altında aldatmış və ona külli miqdarda maddi ziyan vurub.Saxtakarlıq isə Gürcüstanda təhsilini başa vurub qayıdan Vəfa Zeynalovanın diplomun tanınması ilə bağlı müracət zamanı ortaya çıxıb.

Şikayətçi Vəfa Zeynalovanın Kanal32.az saytına və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova ünavnaldığı müraciəti olduğu kimi təqdim edirk:

Hörmətli Nazim müəllim!

Mən həyat yoldaşını itirmiş və himayəsində iki uşaq olan “başsız” qadın kimi aldadılmışam və 6500 ABŞ dolları məbləğində pulum mənimsənilib. Bu cinayət tərkibli əməli törədən isə Mingəçevir şəhərində yerləşən “Avromed” klinkasının rəhbəri Aşurov Şıxəli Ramazan oğludur. Belə ki, ailəmizin əvvəldən tandığı Şıxəli Aşurov mənim tibbi təhsil almaq istədiyimi bildiyi üçün mənə kömək edə biləcəyini demiş və 2014-cü ildə məndən Gürcüstan Respublikasında fəaliyyət göstərən Beynəlxalq İctimai Kollecin Tibb bacısı ixtisasına qəbul üçün 3500 ABŞ dolları almışdır. Həmçinin, təhsil pullu olduğuna görə oxduğum müddətdə təhsil xərcinə ödmək üçün Şıxəli həkimə 10.02.2014-cü il tarixdə 1500 ABŞ dolları,15.12.2014-cü il tarixdə 500 ABŞ dolları, 20.04.2015-ci il tarixdə 500 ABŞ dolları, 15.05.2015-ci il tarixdə yenə də 500 ABŞ dolları məbləğində məbləğində pul vermişəm. O da öz növbəsində mənə gürcü dilində yazılmış və üzərində möhür olmayan pul qəbzləri təqdim etmişdir. Mən də onu uzun illərdir tanıdğımdan ona inanmışam. Təhsilim başa çatandan sonra mənə verilmiş diploma “Tibb bacısı” ixtisası yox, “Kiçik tibb bacısı” yazıldığını gördükdə etiraz etmişəm. Bunu Şıxəli Aşurova və onun “iş aşıran” dostu Mustafa adlı şəxsə bildirmişəm. Onlar mənə müxtəlif bəhanələr gətirərək mənim əlavə 6 ay da təhsil almağımı və Tibb bacısı ixtisasının veriləcəyini dedilər. Mən artıq həmin illərdə aldadıldğımı başa düşüdüyümdən onun məndən aldığı pulları geri qaytatmasını xahiş etdim. Ancaq o dəfərlərə məni müxtəlif bəhanələrlə yol verməyə çalışdı və pulu qaytaracağını desə də, yenə də məni aldatdı. Məcburiyyət qarşısında qalıb Şıxəli Aşurovdan Mingəçevir Polis Şöbəsinə rəsmi şikayət etdim. Mənim etibarımdan sui istifadə edərək məni dəfələrlə aldadan və nəticə etibarı ilə pulumu mənimsəyən Şıxəli Aşurov və onun mütəşəkkil cinayətkar dəstəsi ifşa olunmaq əvəzinə müstəntiq Tahir Şirinov mənim şikayətim əsasında adıçəkilən şəxsə cinayət işinin başlanmasını rədd etdi.Və maddi imkanları geniş olan Şıxəli doktorla necə anlaşdısa, hər cəhdində məni günahkar çıxarmağa çalışdı(qeyd edim ki, işində yol verdiyi nöqsanlara görə müstəntiq Tahir Şirinov Mingəçevir polisindən uzaqlaşdırılıb). Axı mən yetim övladlarımın boğazından kəsib,borca girib, faizə pul götürüb ona vermişdim. Bəs bu dərcədə vicdasızlıq,özbaşınalıq olarmı???

Hörmətli Nazim müəllim, ona görə Sizdən xahiş edirəm ki, müraciətimdə sadaladığım halları, məruz qaldığım cinayət əməlini, Qarabağ qazisi olan həyat yoldaşımın vəfatını və pulumuzun mənimsənilməsi nəticəsində ailəmizin maddi vəziyyətinin çətinliyini nəzərə alaraq Şıxəli Aşurovun məndən aldığı 6500 ABŞ dolları məbləğində pulun alınması üçün mənə kömək edəsiniz və müvafiq qaydada addımlar atasınız.
Qeyd edək ki,şikayətçi Vəfa Zeynalova Şıxəli Aşurovun əməlləri ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə də rəsmi müraciət edib.Həmçinin sözügedən idarədə olaraq müvafiq qaydada izaht verib.Ancaq 2 aydan artıq müddət keçsə də,hələ bir nəticə yoxdur.
Onu da vurğulayaq ki,məktub redaksiyamıza daxil olandan sonra əməkdaşımız “Avromed” klinkasının rəhbəri Şıxəli Aşurovun mövqeyini öyrənməyə çalışıb.Həkim açıqlamasında bildirib ki,onun bu işdə günahı yoxdur və iddiaları qəbul etmir.
Məlumat üçün bildirək ki,müraciətin bu günə kimi dərc olunmamasının səbəbi mövcud problemlə bağlı vətəndaşın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı şikayət məktubuna cavab gözəlməsi olub.Rəsmi cavab isə hələ də yoxdur…

Redaksiya olaraq yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az
Mingəçevirdə klinka rəhbəri saxta diplom alveri ilə məşğuldur!?-FOTO




Şərhlər

XƏBƏR LENTİ