SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəkidə 6 tona yaxın narkotik vasitə məhv edilib

Şəkidə 6 tona yaxın narkotik vasitə məhv edilib

Tarix:

27-07-2020, 11:09

/ 875 dəfə oxundu.
Şəkidə 6 tona yaxın narkotik vasitə məhv edilib

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Öyrət kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 5 ton 600 kiloqram olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ