İmişlidə hələ də Vilyam Hacıyevin ağzı ilə danışırlar... - QALMAQAL
Ötən ay İmişli sakinləri Avropa.info-ya müraciət edib, zibillik tüstüsündə boğulduqları barədə şikayət etmişdilər.
Məsələ ilə bağlı bu gün İmişli Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyinin (MKTB) rəisi Rasim Abışovdan şəhərin Xan Şuşinski, Babək, K.N.Məmmədov və Rövşən Əbilov küçələrində zibilliklərin yandırılması məsələsinə aydınlıq gətirməsi üçün müraciət edib.
Lakin R.Abışov İmişlidə zibillik poliqonu olduğu halda iki gündən bir İmişli Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən ətrafdakı zibillər bir yerə yığılaraq yandırılması məsələsinə aydınlıq gətirmək əvəzinə, bu görüntüləri çəkdiyi üçün əməkdaşımızı ittiham və təhqir edib.
Eyni zamanda, Rasim Abışov bu problemlə bağlı şikayət edən sakinləri də təhqir edib.
Qeyd edək ki, MKTB rəisinin əməkdaşımızla telefon danışığı ağır söyüşlərlə ifadə olunduğu üçün Rasim Abışovun danışdıqlarının bir qismini ixtisar etməyə məcbur olduq.
Avropa.info xəbər portalı Rasim Abışova xatırladır ki, "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunun tələblərinə görə, vəzifəli şəxsin jurnalistə informasiya verməsi vəzifə borcudur.
Qeyd edək ki, bir müddət öncə, Rasim Abışov sakinlərin şikayətindən sonra 2000 manat məbləğində cərimələnib. Buna baxmayaraq, həmin ərazidə zibillər toplanaraq zibil poliqonuna aparmayıb, yaşayış evlərinin yaxınlığında yandırılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...