XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Gədəbəy sakinindən Prezidentə ŞİKAYƏT - icra başçısından narazılıq edir

Gədəbəy sakinindən Prezidentə ŞİKAYƏT - icra başçısından narazılıq edir

Gədəbəy sakinindən Prezidentə ŞİKAYƏT - icra başçısından narazılıq edir
22-04-2017, 13:57

“Gədəbəy rayonunun icra başçısı başda olmaqla, İcra Hakimiyyətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının işçiləri, polislər öz vəzifələrindən sui-istifadə edir, bizlərə-ailəmizə bu ölkədə yaşamağa imkan vermillər”.
Bu fikirlər Gədəbəy rayon sakini Ziyafət Aslan qızı Qədimovanın ölkə Prezidenti İlham Əliyevə şikayət məktubunda öz əksini tapıb.
“Mən, Qədimova Ziyafət Aslan qızı yazıb Sizə bildirmək istiyirəm ki, qardaşım Abdullayev İlham Aslan oğlu 7 il bundan əvvəl öz keçmiş arvadı Abdullayeva Gülnarə Musa qızı ilə rəsmi şəkildə boşanıb. Onların 2 qızı və 1 oğlu var. Boşandıqdan sonra 2 qızı qardaşım İlham saxlayır, oğlu isə anasının yanındadır. Məhkəmə onlara qardaşım yaşayan evin bir otağını müvəqqəti yaşamaları üçün sığınacaq olaraq verib”- deyə, qeyd edən şikayətçi məktubunda göstərir ki, qardaşının keçmiş həyat yoldaşı da hazırda həmin yerdə oğlu ilə yaşayır.
Şikayət məktubunda sonra qeyd olunur:
“Orada yaşadığı gündən də öz qızlarına və 70 yaşlı qoca anama şöyüşlər, təhqirlər yağdırıb, onları döymək üçün də üstlərinə dəfələrlə hücum çəkib. Ona evdən çıxacağı təqdirdə pul və ya başqa yerdə ev təklif olunub, özü də məhkəmənin və polislərin yanında. O isə heç birini qəbul etməyib və axıra qədər burada qalacağını, istədiyi hər şeyi də edəcəyini deyib. İllərdir ki, bu cür də davam edir. Qoca anamın da ürəi xəstədir və qorxu, həyəcan keçirir ki, gəlin gəlib məni öldürəcək…
Bunlar bir yana, əsas məsələ odur ki, bu gəlin kiməsə o qədər güvənir ki, hətta, mülk sahibinə ev ətrafında hər hansı tikinti və abadlaşdırma işləri aparmağa belə icazə vermir. Təxminən 1 il əvvəl evin ümumi ətrafına hasar çəkmək üçün daş və qum töküldü. Gülnarə isə “bu evin ətrafında heç bir hasarın çəkilməsinə imkan verməyəcəm”- deyib, əlində heç bir əsası, yəni, mülk sahibi olmaya-olmaya mülk sahibi olan qoca anama öz evinin ətrafına hasar çəkməyə icazə vermir. Gülnarəyə də bu “işdə” hər cür dəstəyi isə yerli icra nümayəndəsi ( el dili ilə Kənd Soveti) Qasımov Cahangir verir. Biz dəfələrlə Qasımov Cahangirlə söhbət etmişik ki, bu məsələni yoluna qoysun, o isə “Gülnarənin arxasında mən durmuşam, o, necə istəyir, elə də olacaq, bu hasar çəkilməyəcək, çünki, o, istəmir”- deyib.
Bundan sonra Gədəbəy rayonunun polis rəisi Məmmədov Bəhmana, eləcə də rayon Məhkəməsi və bütün lazımi orqanlara müraciət olunub. Onlar da “Gedin “Memarlıq”-dan arayış alın”- deyiblər. Bundan sonra “Memarlıq” rəsmisi Hümbətov Babəkə müraciət olunub, o da heç bir əsas olmadan “bu ailə davalı ailədir, mən qarışa bilmərəm, gedin, neynirsiz, eləyin, tikin”- deyə, bəhanə gətirərək, arayış verməyib. Daha sonra yenə yenə polis rəisinə müraciət olunub, o da eyni sözləri deyib. Amma “kənd soveti” Qasımov Cahangir isə “neyləyirsiz, eləyin, bu işin arxasında mən durmuşamsa, bu hasara icazə verməyəcəm”- deyib və hasar tikmək üçün gələn bütün usta və fəhlələri dəflərlə qanusuz olaraq polis bölməsinə aparıblar. Artıq heç bir fəhlə qorxusundan hasarı tikməyə ürək etmir. Anamgil də məcbur qalıb qohumları çağırıblar ki, gəlib hasarı tiksinlər.
Yəni, iki bacım və mən özümüz anamız yaşayan evin ətrafına hasar çəkməyə başladıq, hasarı çəkib yarıya çatdırdıqda isə Cahangir Qasımov bütün polisləri tökdü ora, sanki silahlı cinayətkar yaxalamağa gəlirlərmiş kimi, 30-dan çox polislə gələrək hasarı dağıtdılar. Cahangir Qasımov da gülərək “gördünüz, sizə demişdim”- deyib, lovğalanaraq getdi. Polislər də bəhanə olaraq, hasarın yolu daraltığını bildirdilər, daha sonra tam qaydalara uyğun şəkildə yenidən hasarı tikdirməyə başlamışdıq ki, bu dəfə də ekskvator gətirərək, hasarı yenidən dağıtdılar. Polis rəisi Bəhman Məmmədovdan soruşanda ki, hansı əsasla dağıdırsınız, dedi ki, icra hakiminin əmrilə dağıdırıq. Biz onları videoya çəkərkən də azyaşlı uşaqlara hücum edib, vurdular ki, telefonu alsınlar əllərindən. Uşaqlar qaçıb evin ikinci mərtəbəsindən çəkiblər və bu dəfə polislər evə hücum çəkiblər, qapı kilidli olduğundan evin pəncərəsini sındırıblar, bütün hasarı, hər yeri dağıdıb gediblər. Bu etdiklərinin də icra başçısının əmrilə olduğunu deyiblər”.
Şikayətçinin iddiasına görə, artıq rayonda nə məhkəmə, nə polis onların işinə baxıb yoluna qoyur:
“Hər cür variantı təklif eləmişik, hasara 2 qapı qoymağı da, birini də onun üçün… Bundan əlavə, evdən çıxması üçün başqa yerdə məhkəmə qaydasında ev, pul, nə istəyir verməyə hazırıq ki, sadəcə, bu məsələ həll olsun…
Anam xəstədir, təcili yardım maşını həyətə girə bilmir, daşları, qumu dağıdıblar. Müxtəlif yerlərə şikayətimizi bildirmişik, heç birində də baxılmır.
Cənab Prezident, Sizdən xahiş edirik ki, haqq-ədalət bərpa olunsun, bizə yardım edin!”

Gununsesi.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.