Xudatda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir
Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir. Bölmə əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə izahedici söhbətlər aparır, onların həyata keçirilən tədbirlər haqqında məlumat verir, tibbi maskadan istifadənin zərurliyini bildirirlər. Polis əməkdaşları şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə də maarifləndirici söhbətlər apararaq, onlara özlərinin və sərnişinlərinin tibbi maskalardan istifadə etmələrinin zəruriliyini bildiriblər, sərnişin daşıma zamanı isə müştərilərin arxa oturacaqlarda əyləşmələrinin və sosial məsafənin qorunması üçün nəqliyyat vasitələrində şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyindən danışıblar.
Keçirilən reyd zamanı qaydaları pozaraq tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində İXM müvafiq maddəsi ilə protokollar tərtib olunub.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...