Qəzənfər Ağayevə o zamanlar da kimsə bata bilmədi... - İndi bəs necə...
Neçə illərdir ki, Astara rayonuna rəhbərlik edən, buna qədər də - Masallıda icra başçısı olarkən adı bir çox qalmaqallarda hallandırılan Qəzənfər Ağayev Neftçalanın icra başçısının ardından eyni aqibəti yaşayacaq növbəti RİH başçısı ola bilər. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, konkret ciddi "çətir" altında gizlənən Qəzənfər Ağayev hətta barəsində edilən şikayətləri də illərdir qulaqardına vurmasıyla himayədarının yenilməzliyini ortaya qoymuş bir fiqurdur.
Mənbənin dia.az-a söylədikləri: "Qəzənfər Ağayevə o zamanlar da kimsə bata bilmədi. İndi də eyni şəkildə fəaliyyətini sürdürür. Bu isə kifayət qədər ciddi şübhələr yol açır. Hər halda, hazırda Daşkəsənə başçılıq edən Masalının keçmiş deputatı Əhəd Abıyev zamanında Qəzənfər Ağayev barəsində boşundan ittihamlar irəli sürməyib. Həmin məqamları xatırlayanlar yaxşı başa düşür ki, belə bir müstəvidə imtiyaz sahibi olan hansısa icra başçısı təbii ki toxunulmaz ola bilər. Əslində bu "təbiilik" onun məşğul olduğu qeyri-leqal fəaliyyəti ilə birbaşa bağlıdır".
Hazırda isə vəziyyətin dəyişə biləcəyini qeyd edən mənbə Qəzənfər Ağayevin hər an yola salına biləcəyini də vurğuladı: "Onların dövranı keçmiş kimi görünür. Əgər belədirsə, Neftçalanın ardından növbəti əməliyyat mütləq və mütləq Astarada keçiriləcək".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək