XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » GƏNCƏNİN TƏHSİL İDARƏSİNİN RƏHBƏRİ İSTEFAYA GÖNDƏRİLDİ – Zakir Hüseynovun həbsi də istisna olunmur

GƏNCƏNİN TƏHSİL İDARƏSİNİN RƏHBƏRİ İSTEFAYA GÖNDƏRİLDİ – Zakir Hüseynovun həbsi də istisna olunmur

GƏNCƏNİN TƏHSİL İDARƏSİNİN RƏHBƏRİ İSTEFAYA GÖNDƏRİLDİ – Zakir Hüseynovun həbsi də istisna olunmur
6-07-2020, 11:43

Dünən – iyunun 2-də Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Zakir Hüseynov vəzifəsindən azad olunub.

Xatrıladaq ki, Z.Hüseynovun qanunsuz fəaliyyəti ilə bağlı “Hürriyyət”də, eləcə də sosial şəbəkələrdə çoxsaylı yazılar dərc olunub.

Hurriyyet.org-un bölgə müxbiri Azər Allahverdiyevin məlumatına əsasən, hal-hazırda Zakir Hüseynovun fəaliyyəti ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətində və Baş Prokurorluqda araşdırma aparılır.

Onu da qeyd edək ki, Gəncə şəhər Təhsil İdarəsinin sabiq rəhbəri Z.Hüseynovun işdən kənarlaşdırılmasına səbəb kimi bir sıra məsələlər göstərilir. Buna misal olaraq 8 saylı Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fəraid Qəhrəmanovun qanunsuz əməlləri, 2019-cu və 2020-ci illər ərzində “Doğranmış oduna” 588 min, 690 manat pul ayırması və s. faktları göstərmək olar. Hansı ki, bu faktlar Təhsil Nazirliyini, Dövlət Təhlükəsizlik Xidmətini, Baş Prokurorluğu “ayağa qaldırıb”.

Diqqətinizə çatdıraq ki, müasir məktəblərdə maye qaz olduğu, hətta ən ucqar rayonlarda yeni məktəblərin tikildiyi və onlar hər bir şəraitlə təmin olunduğu halda, yarım miliyondan çox pulun iki il ərzndə oduna xərcləndiyinə inanmaq çətindir.

Prezident İlham Əliyevin də dəfələrlə öz çıxışlarında xəbərdarlıq etməsinə rəğmən, təəssüf ki, bir sıra vəzifəli şəxslər korrupsiyaya yol verdikləri üçün həbs olunan məmurlarun aqibətindən nəticə çıxarlmaq əvəzinə, belə xoşagəlməz hallara yol verirlər. Bu isə həbs olunan məmurların sayını günbəgün artırmaqdadır…

Hurriyyet.org

P.S. Mövzunu davam etdirəcəyik.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.