Ağsuda rəzalət - İcra başçısının Bico kəndindən xəbəri varmı?
Ağsu rayonunun Bico kəndində sakinlınin vətənpərvərlik “daşı” icra nümayəndəsinin laqeydlik “qayasına” rast gəlib...
Ağsu rayonunun Bico kəndində əsil rəzalət yaşanır.
PİA.az-a daxil olan məlumata görə, kənd icra nümayəndəliyinin qarşısında quraşdırılan bayraq dirəyinəki dövlət rəmzimiz cırıq- cırıq olub. 28 May günü kənd sakinləri icra nümayəndəsi Bəhlul Mahmudova təzə bayraq alıb versələr də nümayəndə bayrağı gizlədərək dəyişməyib. Bunu səbəbini isə Bəhlul müəllim açıqlamaq belə istəmir. Sakinlər bildirir ki, Bəhlul Mahmudovu bayraq da daxil olmaqla kəndin problemləri heç maraqlandırmır. Qeyd edilir ki, nümayəndə üçün gündəlik problem kənd sakinlərindən daha çox “beş-üç manat qöparmaq”dan ibarətdir.
Maraqlıdır ki, İcra nümayəndəsinin əyləşdiyi inzibati bina da uçmaq üzrədir. Kənd sakinləri iddia edirlər ki, Nümayəndəliyin binasınln təmirinə ayrılan pul Bəhlul Mahmudov tərəfindən mənimsənilib.
Başqa bir rəzalət isə kəndin ala qapısı ilə bağlıdır. Sakinlər bildirir ki, Bico Ağsuda yeganə kənddir ki, onun ala qapısının üzərinə kəndin adı yazılmayıb. Kənd sakinləri B. Mahmudova boya alıb versələr də nümayəndə həmin boyanı öz evinə sərf edib.
Sakinlər ümid edirlər ki, bəlkə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin yolu Bico kəndinə düşə və kəndin “Bəhlul Mahmudov” adlı problemini həll edə...


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...