SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qusar sakinlərini nə narahat edir? - Müraciət...

Qusar sakinlərini nə narahat edir? - Müraciət...

Tarix:

25-06-2020, 10:17

/ 1 541 dəfə oxundu.
Qusar sakinlərini nə narahat edir? - Müraciət...

Qusar rayonun Aşağı Tahircal kənd əhalisi adından Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Qusar rayonun Aşağı Tahircal kənd camaatı, zəhmətkeş əhalisi, ziyalıları Sizin iqtisadi və xarici siyasətinizi hər an bəyənməklə, daima dəstəkləməyə hazırdır.Arzu edirik ki, Sizin rəhbərliyinizlə vətəndaşlarımız həmişə təhlükəsiz, sülh və əmin-amanlıq şəraitində yaşamağa davam edəcəkdir.
Ulu Tanrı Sizi qorusun hörmətli prezdent və Hörmətli Mehriban xanım!

Qusar rayonun Aşağı Tahircan kəndi Samur çayın yaxınlığında olsa da, kənd əhalisi içməli və suvarma suyu ilə təmin olunmamışdır. Kənd əhalisi içməli suyu antisanitariya vəziyyətdə olan arxdan götürərək istifadə etmək məcburiyyətində qalmaqdadır.Ata-babalarımız Aşağı Tahircal kəndinə Yuxarı Zeyxur kəndi ərazisindən kənd camaatının içməli və suvarma suyu ilə təmin edilməsi məqsədilə, primitiv üsullarla balaca bir torpaq arx çəkməklə, kənd əhalisininin suya olan tələbatını qismən ödənilməsinə müvəffəq olmuşdu. Həmin vaxt kənddə 50-yə yaxın təsərrüfat mövcud olmuş, hal-hazırda isə kəndimizdə 400-ə yaxın fərdi təsərrüfat mövcuddur. Kənd əhalisinin artması əhalinin içməli və suvarma suyuna olan tələbatını bir daha artırmışdır.Kən camaatı dəfələrlə kənd bələdiyyəsinə, Qusar rayon icra hakimiyyətinə müraciət edilsə də, hal-hazıra qədər kənd camaatının müraciətlərinə müsbət cavab verilməmiş, kənd əhalisi içməli və suvarma suyu ilə təmin edilməmişdir. Samur kənd bələdiyyəsinin maliyyə cəhətdən çətinlik çəkdiyinə görə həmin arxın yenidən qurulmasına imkanı olmamışdır.

Aşağı tahircal kəndinə çəkilmiş 5000 metrəyə yaxın olan arxın yenidən ( dəmir- beton konstruksiyalı ) tikilməsinə ehtiyac var. Kənd camaatı həmin arxın yenidən tikilməsinə müəyyən şəxsi vəsait toplasa da, həmin arxın tam tikilib istifadə verilməsinə çətinlik çəkirlər.
Qusar rayonun Aşağı Tahircal kəndində demək olar ki, vəziyyət çox acınacaqlıdır.

Aşağı Tahircal kəndinin problemlərindən biri də, kənd yollarının bərbad və ibtidai məktəbin olmamasıdır.
Aşağı Tahircal və İgid oba kənd camaatı istidə, yağışda-palçıqda, qışın soyuq günlərində, azyaşlı uşaqlarını təxminən 4 km yolu piada qət edərək, Samur qəsəbəsindəki tam orta məktəbə gətirmək məcburiyyətindədirlər. Aşağı Tahircal və İgid oba kəndlərinə yaxın ərazı müəyyən edilməklə, kənd camaatı ilə razılaşdırılmaqla, həmin ərazidə modul tipli müasir ibtidai məktəbin tikintisinə böyük ehtiyac duyulur.

Qusar rayon seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyim irəli sürülməklə,namizədliyim qeydiyyata alınaraq, seçkilərdə iştirak etməyimə baxmayaraq, naməlum səbəblərdən Milli Məclisə deputat seçilməmişəm.

Seçkiqabağı Aşağı Tahircal kənd camaatı ilə seçicilərimlə görüşərkən , Milli Məclisə deputat seçilərəmsə, kənd əhalisinin yuxarıda qeyd etdiyim, camaatın ehtiyacı olan bir neçə sosial problemin həll edəcəyimə kişi kimi söz vermişdim. Deputat seçilməsəm də, kənd camaatının
içməli su ilə təminatı ( dəmir -beton konstruksiyalı arxın tikintisiü üçün ) ilə əlaqədar kənd əhalisinin köməyi ilə vəsait yığılmaqla həmin arxın müəyyən hissəsinin tikintisi ilə məşğul olacağıma qarşıma məqsəd qoymuşam. Arzu edirəm ki, Azərbaycan Respublikasının Hörmətli prezdenti İlham Əliyev cənabları və Hörmətli, Azərbaycan Respublikasının 1-ci Vitse Prezdenti Mehriban xanım Əliyeva Qusar rayonun Aşağı Tahircal kənd camaatının müraciətini araşdıraraq, aidiyyatı Dövlət organlarına sərəncam verərək, tez bir zamanda Azərbaycan Respublikaının Rusiya Federasiyası ilə həmsərhədd olan, Şimal qapısı sayılan ,Qusar rayonun Aşağı Tahircal kənd camaattının sosial problemlərini həll edərək Bizi sevindirəcəkdir".

Şərhlər

XƏBƏR LENTİ