SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qazax Rayon səhiyyəsində nələr baş verir?

Qazax Rayon səhiyyəsində nələr baş verir?

Tarix:

24-06-2020, 05:38

/ 1 982 dəfə oxundu.
Qazax Rayon səhiyyəsində nələr baş verir?

Redaksiyamıza daxil olan şikayət məktubunu olduğu kimi dərc edirik:
Adiyyatı qurumların nəzərinə :

Bu gün bir xəstəyə arayış (napravleniya) almaq üçün Qazax Rayon səhiyyəsinə üz tutdum . Gördüyüm mənzərə heçdə ürək acan deyildi .
Dövlətimizin bu günkü ağır şəraitində ,COVİD 19 -la mübarizə apardığı bir dövürdə , həkimlərimiz qayda qanuna əməl etmirlər .
Həkimlər masqadan istifadə etmirlər , bir vətəndaş kimi sual verirəm ? Yoldaş həkim nədən masqa taxmırsız ? Cavabında bir çox bəhanələr gətirirlər ?Kimisi deyir darıxıram nəfəs ala bilmirəm , kimisi deyir cay içirdim ona görə çıxartdım , kimisidə dönüb üzümə baxıb , masqanı ya cibindən yada ki əyləşdiyi masanın altından çıxarıb taxır . Bu bir yana ...., bəzisi məni tənqid edərək sən kimsən yaxşı eləyirəm taxmıram çıx cölə deyərək cavab verir . Bunlardan biri , baş həkimin köməkçisi Allahverdi həkim . Allahverdi həkimin otağına daxil oldum arayışla bağlı müraciət etmək istədim , otağına daxil olarkən gördüyüm mənzərə məni sözün həqiqi mənasında cox əsəbləşdirdi ? . Ağzında masqa yox , əlində siqaret , stolunun üzərində külqabı , birdə bər bəzəkli konfet qutusu . Allahverdi həkimə maqasını taxmaqı xahiş etdim, siqaret çəkməməsini.Çox təssüflər olsun ki, təhqirlə üzləşdim . Nə qədər tənqid olunsamda , sonunda masqasını taxdırdım , əlində ki siqareti isə kül qabısına keçirib oturduğu masanın altında gizlətdi . Aradan biraz vaxt keçdi , arayışı yazdırıb möhür vurdurmaq üçün baş həkim Sevda xanımın otağına üz tutdum . Otaga daxil olanda Allahverdi həkim baş həkimin yanında əyləşmişdi , Sevda xanıma Allahverdi həkimlə bağılı şikayət etdim , niyə otaqda siqaret çəkir deyə ? Sevda xanımın mənə cavabı ? : Elnur xəstəxanada heç bir qayda pozuntusu tapa bilmədin , bir siqaretimi bəhanə edirsən ?....

Cavabım ?: Sevda xanım mən bura arayış üçün gəlmişəm xəstəxanada qayda pozuntusu tutmaq üçün gəlməmişəm , sadəcə gördüyüm mənzərə bir vətəndaş olaraq məni narahat etdi , həkim nədən xəstəxana kabinetində siqaret çəkir , nədən masqadan istifadə etmir , qanunlarımıza nədən hörmət etmir dedim .

Bu zaman Allahverdi həkim çox tərbiyəsizcəsinə , sən kimsən yaxşı edirəm özünü cırma v.s sözləriylə baş həkimin yanında məni ikinci dəfə təhqir etdi . Sevda xanıma bu qədər volyanı bu həkimlərə niyə vermisiz ayıb deyilmi deyib otağı tərk etdim .

Mən buradan Səhiyyə Nazirliyinə , Qazax Rayon icra başcısı hörmətli Rəcəb Babaşov yoldaşa , eləcədə digər hüququ keçən orqanlara səslənirəm ? Belə özbaşınalığa son qoyulsun . Qazax səhiyyəsində rüşvət baş alıb gedir . Məncə dur deməyin zamanıdır . Qanunlarımız nədən pozulur ? Haqqımız hüququmuz nədən tapdalanır ? Adını sadaladığım qurumlardan xahiş və tələb edirəm yazdığım məqalə ciddi araşdırılsın . Yazdığım məqaləylə bağlı əlimdə yetərincə sübut var .
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Elnur Quliyev , Qazax rayon sakini //İnpa.az//

Şərhlər

XƏBƏR LENTİ