Ağstafada koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir
Ölkəmizdə tətbiq olunan karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə əhalinin sanitar-karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görür.
Növbəti belə tədbirlərdən biri də Ağstafada baş tutub. Sanitar rejiminin qaydalarına riayət etmək məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırıb. Eyni zamanda vətəndaşlara tibbi maskalar paylanılıb.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...