SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Mingəçevir sakini İcbari Tibbi Sığorta rəhbərliyini “yıxıb-sürüdü”-VİDEO

Mingəçevir sakini İcbari Tibbi Sığorta rəhbərliyini “yıxıb-sürüdü”-VİDEO

Tarix:

21-06-2020, 16:06

/ 1 965 dəfə oxundu.
Mingəçevir sakini İcbari Tibbi Sığorta rəhbərliyini “yıxıb-sürüdü”-VİDEO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərova niyə “vəkillik” edir???

Vətəndaşın rəsmi müraciətinə düz 5 aydan sonra biabrıçı cavab verilib..

“Kanal32”nin redaksiyasına müraciət edən Mingəçevir şəhər sakini Alıyev Raul Əsgər oğlu bildirib ki,bu ilin fevral ayında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərovun qanunsuz əməllərindən və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin fəaliyyətsizliyindən ölkə prezidentinə şikayət məktbu ünvanlayıb.O, təxminən 3 il öncə ölüm ayağında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən ürək xəstəsi anasının başına açılan oyunlardan və həkim səhlənkarlığından rəsmi şikayət edib. Çünki İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev demək olar ki,heç bir şikayəti vətəndaşın xeyrinə cavablandırmayıb.Sanki Zaur Əliyev kobudluğu,özbaşınalıqları və biganəliyi ilə mingəçevirliləri cana yığmış xəstəxana direktoru Köünl Ələkbərovun “vəkili”dir. Ölkə başçısına yalan statistik məlumatlar təqdim etməklə İcbari Tibbi Sığorta sisteminin efektli,şəffaf fəaliyyəti haqqında sözün əsl mənasında “nağılllar” danışır.Əsl reallıq isə tam başqadır.Bu qurum elementar məktbları belə savadsızcasına cavablandırmaqla məşğuldur.Elə vətəndaşa düz 5 aydan sonra verilən cavab məktubundakı kimi…

Onu da vurğulayaq ki,Ali məhkəmənin qərarlarını belə ayaqlar altına atan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərovun “fəaliyyəti”ndən bu günə kimi redaksiyamıza 150-ə yaxın şəxsin müraciəti daxil olub.Bunların içərsində söyüldüyünü,təhqir olunduğunu,qovulduğunu,pullarının alındığını,əmək hüquqlarının kobud şəkildə pozulduğunu iddia edən şəxslər var. Hazırda araşdırmamız davam edir…ARDI VAR…

Qeyd edək ki, həm Mingəçevir,həm də Ağdaş xəstəxanalarından daxil olmuş şikayətlərlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin münasibətini öyrənmək istəsək də, 012-310-07-70 nömrəli telefona cavab verən olmadı. Redaksiya olaraq bildiririk ki,bütün hallarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az

Şikayətçi Raul Alıyevin ölkə başçısı İlham Əliyevə ünvanladığı videomüraciəti təqdim edirik:

Mingəçevir sakini İcbari Tibbi Sığorta rəhbərliyini “yıxıb-sürüdü”-VİDEO

Şərhlər

XƏBƏR LENTİ