SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağsu Rayon İcra Hakimiyyətinə ağır ittiham

Ağsu Rayon İcra Hakimiyyətinə ağır ittiham

Tarix:

13-06-2020, 14:20

/ 1 860 dəfə oxundu.
Ağsu Rayon İcra Hakimiyyətinə ağır ittiham

İcra hakimiyyəti orqanlarının üzərlərinə düşən görəvi -xalqa vicdanla xidmət etməyi onun son tikəsini də əlindən almaqla “icra etməsi” artıq dövlətə təhlükə predmetinə çevrilib. İcra başçıları yardımlara da ortaq olur , zəlzələdən ,təbii fəlakətlərdən də “qeyri-təbii” yolla faydalanırlar. Aydındır ki, belə “peşəkar mənimsəmə” illərin təcrübəsindən qaynaqlanır və nəzarətedici qurumlarla, məhkəmələrlə qeyri-prosessual ilişgilərdən keçir. Təbii ki, rayon deputatının “qeyri-prosessual xeyir-duası” da öz yerində. Belə mütəşəkkil qaydada xalqa “xidmət”in nəticəsidir ki, vətəndaşların yardım kartları icra başçılarının cibindən çıxır, kəndlinin pay torpağı, örüş yerləri, təbii ehtiyatlar rayon başçısının oylağına çevrilir.

Ağsu rayonunda başçı 9 aydır dəyişsə də, “xidmət qaydaları” hələ də dəyişməyib. Bir rayona ki 2 ilə yaxındır məhkəmə hakimi təyin olunmaya , burada hansı hüquqdan danışmaq olar? Elə bu hüquqsuzluğun sonucudur ki, Şəki İnzibati -İqtisadi Məhkəməsi icra başçısına qarşı müharibə əlilinin 3 (!) iddiasını tərəfləri çağırmadan, iclas belə keçirmədən mümkün saymayıb və hətta Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün ayrılan ağsulu Ziya adlı vəkil 8 aydır şikayəti də yazmaqdan imtina edir. Hazırda Şəki Kommersiya Məhkəməsində hakimlik yapan Rüfət Məcidov iddianı bilirsiniz niyə mümkün saymayıb? Guya icra başçısı “fiziki şəxs”dir! Təsəvvür edin, apellyasiya məhkəməsi də “fiziki şəxs” ilə “vəzifəli şəxs”i ayıra bilməyib! (?) Ali Məhkəmə, hələ ki, 5 aydır qərar qəbul edə bilmir!

Bunları vurğulamaqda amacımız sıradan vətəndaşın necə qanunsuz, hüquqsuz durumda olmağı haqqında görüntü yaratmaqdır. Elə bu qanunsuzluğun , hüquqsuzluğun sonucudur ki, zəlzələdən zərər çəkən vətəndaşlara tikilən evlər də icra hakimiyyəti başçısının, rayon fövqəladə hallar komissiyasının sahibkarlıq predmetinə çevrilib. Bəli, bəli, yanlış oxumadınız! Zəlzələdən ziyan çəkənlərə tikilən evlər dəyərindən 4-5 qat bahasına hətta başqa rayon sakinlərinə satılır! (?) Kimdən 3-5 min alırlarsa, ziyan görmədiyi halda yeni ev də tikirlər. Evi dağılanlara isə , ən yaxşı halda, təmir adı altında 4-5 kisə sement verib başdan edirlər. Axı bu şəxslərin 3-5 min manatı yoxdur! Adı da olur ki, zəlzələdən zərər çəkmiş şəxsin evi təmir edildi! (?) Bir icra hakimiyyəti ki, Qarabağ əlilinin zəlzələdən, sel daşqınından ziyan çəkən evinə ayrılmalı vəsaiti ETSN -dən aldığı “son 3-5 ildə Ağsuda heç bir təbiət hadisəsi baş verməyib” arayışı ilə mənimsəyə, o icra hakimiyyətindən nə gözləmək olar? Hələ üstəlik məhkəməyə də təzyiq edərək vətəndaşların məhkəmə yolu ilə pozulmuş hüquqlarının bərpasına imkan vermirlər. Deyilənə görə, Ağsu RİH -in keçmiş müavini, fövqəladə hallar komissiyasının sədri İqbal Mikayılov görəvindən alınandan sonra ölkədən qaçıb. Bu barədə mətbuatda da informasiya yayılıb. Bu şəxsin fövqəladə hallar “komissarı” kimi başçının “qara kassiri” olması Ağsu sakinlərinə gizlin deyil. Harasa qaçmaqla məsuliyyətdən yaxa qurtarmağın mümkünsüzlüyü icra başçısının “fiziki şəxs” sayılması” mümkünsüzlüyü kimi yüzdə yüz aydındır. Bir də, icra hakimiyyəti ki yerindədir, heç hara ki qaça bilməz!

Bəs niyə hələ də Ağsuda haqq – ədalət bərpa olunmur, hələ də təbii fəlakətdən ziyan çəkənlərə ayrılan vəsait mənimsənilir? Bu barədə polis, prokurorluq, yoxsa DTX fikirləşməlidir? !

Sozcu.az

Məğrur Bədəlsoy

Redaksiya qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır!

Şərhlər

XƏBƏR LENTİ