SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabadda sabiqlərin vəzifə davası... - İDDİA

Cəlilabadda sabiqlərin vəzifə davası... - İDDİA

Tarix:

13-06-2020, 10:45

/ 1 363 dəfə oxundu.
Cəlilabadda sabiqlərin vəzifə davası... - İDDİA

Bir müddət bundan öncə​ Gundemxeber.Az saytı olaraq media üzərindən apardığımız araşdırmalar zamanı bəlli oldu ki,​ bu ilin aprel ayının 23-də​ Heydər Əliyev Fondu, ölkəmizin imkanlı şəxsləri və bir çox xeyriyyəçilər tərəfindən koronovirus (COVİD-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində, Cəlilabad rayonunun​ Şiləvəngə kənd inzibati ərazi dairəsində yaşayan​ imkansız ailələrə, xəstələrə, əlillərə, yaşlılara göndərilmiş ərzaq yardımlarının,​ Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyev və onun​ müavini​ Rəşad Seyfullayev tərəfindən​ ələ keçirilib mənimsənilməsi haqda, bir çox media qurumlarda silsilə məlumatlar yayımlandı.

Yəni, yayımlanan məlumatlarda qeyd olunurdu ki,​ hər iki vəzifə sahibi​ ölkəmizin belə bir həssas vaxtlarında​ da,​ vəzifə səlahiyyətlərindən sui-istifadə edib göndərilmiş ərzaq yardımlarıının paylanması zamanı çoxsaylı qanunsuzluqlara yol verirlər. Belə ki, onlar ərzaq paylarını yaxın qohumlarına, tanışlarına, onlara bu və ya digər yollarla bağlı olan şəxslərə, hətta ayrı-ayrı imkanlı şəxslərə də verirlər.
Elə ki,​ imkansız ailələr yardım ala bilmədiklərindən aidiyyəti üzrə şikayətlərini təqdim edirlər, o halda rayon prokurorluğunda belə bir olayla bağlı araşdırma işlərinə başlanılır və aparılan araşdırmalar zamanı müəyyən olunur ki, inzibati ərazi nümayəndəliyinə daxil olan Adanalı, Şiləvəngə və Abışabad kəndlərində yaşayan əksər imkansız ailələrə ərzaq yardımları verilməyib. Hətta, Bağır Şirəliyevin mənimsədiyi ərzaq məhsulları, məhz onun yaşadığı evdən maddi sübut olaraq götürülür. Aparılan araşdırmalardan sonra​ Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin və onun​ müavini​ Rəşad Seyfullayevin bu cür qanunsuzluq əməlləri tam şəkildə ifşa olunur və hər iki vəzifə sahibi Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Namiq Zeynalovun əmri ilə daşıdıqları vəzifələrindən azad olunurlar. Belə bir olayla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işinin başlandığı və hər iki şəxsin cinayət məsuliyyətinə cəlb olunduqları da bildirilir. Bir media qurumu olaraq yaşanan bu cür biabırçılıqlar bizim də diqqətimizi cəlb etdiyindən, bəzi mətbu qurumlarda yayımlanan​ məlumatların varlığını əsas tutaraq,​ bir müddət bundan öncə Gundemxeber.Az​ saytında​ “Görəsən Cəlilabadda “yetim malı”nı ələ keçirənləri hansı cəza gözləyir?”​ başlıqlı tənqidi açıqlama yayımlamışdıq. Bugünlərdə isə, hər iki şəxsin atdıqları addımlarla bağlı Cəlilabad rayon Prokurorluğunda hansı cəza tədbirlərinin görülməsi və bu haqda müəyyən məlumatların əldə olunması üçün, həm Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab​ Kamran Əliyevə, həm də Cəlilabad rayon prokuroru ​ cənab Taryel Ələkbərova Gundemxeber.Az saytı adından rəsmi qaydada sorğu məktubu da ünvanlamışıq ki, yaxın vaxtlarda müəyyəm mətləblərdən xəbərdar ola bilək.
Son vaxtlar isə əldə etdiyimiz bəzi şifahi məlumatlara görə, Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Bağır Şirəliyev və onun​ müavini​ Rəşad Seyfullayev bir daha daşıdıqları vəzifələrinə sahiblənmək istəyirlər və belə bir istəklərini həyata keçirmək üçün müxtəlif variantlara da əl atırlar. Amma, onu da unutmaq olmaz ki, onların atdıqları addımlar bir müddət bundan öncə ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilmişdi. Düşünürük ki, əgər hər iki şəxs belə bir istəklərini reallaşdırarlarsa, o halda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Namiq Zeynalov böyük bir məsuliyyəti öz üzərinə götürmüş olur. Hətta, bu azmış kimi RİH​ başçısının adı və bu yöndə atacağı addım, yəqin ki, həm medianın, həm də geniş ictimaiyyətin ciddi müzakirə mövzusuna çevriləcək. Gundemxeber.Az saytı olaraq belə bir məlumatlar əldə etmişik ki, Cəlilabad RİH-nin bugünkü icra başçısı olduqca müdrik, olduqca hazırlıqlı, atacağı hər bir addımı yüz ölçüb bir biçən, ölkə rəhbəri cənab İlham Əliyevin etimadını doğruldan, yürüdülən dövlət siyasətini lazımınca dəstəkləyən, bir sözlə dövlətini və xalqını sevən, dövlətçiliyimizin varlığını müdafiə edən bir şəxsdir. Ona görə də, RİH-nin başçısı tərəfindən belə bir addımın atılması, yəni hər iki şəxsin daşıdıqları vəzifələrə bir daha təsdiq olunmaları heç də inandırıcı görünmür. Mövzunu diqqətdə saxlayacağıq.

Şərhlər

XƏBƏR LENTİ