SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Din pərdəsi altında sərvət toplayan Miryəhya Bədirov kimdir?

Din pərdəsi altında sərvət toplayan Miryəhya Bədirov kimdir?

Tarix:

11-06-2020, 09:14

/ 1 611 dəfə oxundu.
Din pərdəsi altında sərvət toplayan Miryəhya Bədirov kimdir?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı üzrə regional şöbəsinin müdiri Miryəhya Bədirov barəsində saytımıza maraqlı faktlar daxil olub.

Belə ki, Miryəhya Bədirov M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun qiyabi şöbəsini “sürünə-sürünə” bitirdiyi üçün rus dilində də “sürünə-sürünə” danışır. Heç bir idarəetmə təcrübəsinə malik olmayan bu şəxs ixtiası üzrə işləməyib. Uzun illər Masallı rayon Mədəniyyət şöbəsində klub müdiri, daha sonra ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı şöbəsinin müdiri təyin olunub. Bir müddət sonra tutduğu vəzifədən azad olunub. Xeyli “nəzir-niyazdan” sonra yenidən əvvəlki vəzifəsinə bərpa oluna bilib.

M.Bədirovun maraqlı “dolanışıq” metodu var. Yanına gələn vətəndaşlara “Ağanın nəzirini çoxdandır vermirsən. Nəzirimi yubatmasan cəddim sənə həmişə kömək olar” deyərək onlardan “pul” qoparır. M.Bədirovu tanımayan şəxslərə özünü cənub bölgəsinin hörmətli və nüfuzlu şəxsi kimi təqdim edir. Amma əslində Bədirovların nəinki cənubda, yaşadığı Masallının Şıxlar kəndində belə nüfuzu, hörməti yoxdur. Qardaşlarının adı narkotik alverçisi, dələduzluqda hallanır.

M.Bədirov yaşadığı Şıxlar kəndindəki məscidə dini biliyi olmayan, “Yasin” surəsini belə oxumağı bacarmayan Şəhrat Nağıyevi imam təyin etdirib. Şəhratın bisavadlığına görə Şıxlar kənd dindarları məscidə hər il Məhərrəm ayında mərasimləri idarə etmək üçün qonşu rayon və kəndlərdən din xadimi dəvət edirlər. Dövlət isə hər ay Şəhrəta imam kimi maaş verir. Şıxlar kəndində dini biliklərə malik olan din xadimi yoxdursa, Miryəhya Bədirovun özünü həmin məscidə din xadimi təyin etmək daha yaxşı olardı. M.Bədirov Şıxlar kənd qəbiristanlığında atasına məxsus məzarı ziyarətgaha çevirərək camaatın ziyarətgaha verdiyi nəzir-niyaz, hər il Məhərrəm ayında evində qurduğu təhkiyədə yığılan pullar da Hacı Miryəhyanın şəxsi güzəranının yaxşılaşmasına xidmət edir.(Mənbə: Masallı rayonundan jurnalist)

DOSYE.ORG

Şərhlər

XƏBƏR LENTİ