Ziya Məmmədovun bacısı oğludur, Allahın ki bacısı oğlu deyil... - GİLEY
- 10-06-2020, 16:15
- 1 814
"Bizim icra başçısından kimə istəyirsənsə şikayət et, xeyri olmayacaq. Bunu dəfələrlə görmüşük. Ucarın icra başçısı olan Mənsur Məmmədov nə cmaaatı dinləyir, nə də bildiyindən geri durur. Adamın rəsmən Araz aşığındandır, Kür də topuğundan. Elə İcra hakimiyyətinin işçiləri də açıq şəkildə bizə deyirlər ki, əziyyət çəkib saytlara yazmayaq, çünki xeyri olmayacaq. Elə də olur.
Bizi bir başa salan lazımdır ki, nədən Mənsur Məmmədova söz deyən tapılmır? Məgər bu adam toxunulmazdır? Bilirik ki, keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun bacısı oğludur, Allahın ki bacısı oğlu deyil..."
Sonda narazı ucarlılar ölkə rəhbərliyinə müraciət edərək Ucara xalqa gün ağlaya biləcək başçı göndərilməsini də xahiş edirlər.