XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Ağsuda ilanlarla bir evdə yaşayan qadının acınacaqlı durumu – VİDEO

Ağsuda ilanlarla bir evdə yaşayan qadının acınacaqlı durumu – VİDEO

Ağsuda ilanlarla bir evdə yaşayan qadının acınacaqlı durumu – VİDEO
7-06-2020, 12:40

Ağsu rayonunu Hacıqədirli kəndində yaşayan Muradova Mariya Əliheydər qızı yaşadığı acınacaqlı vəziyyətlə bağlı Sozcu.az saytına müraciət edb.

2019-cu ilin fevralında Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı Azərbaycaan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən göstəriş verməsinə və dəfələrlə zəlzələ bölgəsində olaraq, vəziyyətlə şəxsən tanış olmasına baxmayaraq, görülən işlər qənaəbəxş olmadı. Yenə də məmur özbaşınalıqları, ayrılan vəsaitin talan edilməsi və müraciətlərə rüşvət qarşılığında baxılması bir çox imkansız ailələri dövlətin dəstəyindən yararlanmağa imkan vermədi.

Belə şəxslərdən biri də Muradova Mariya Əliheydər qızıdır. Mariya Muradova yataq xəstəsidi, iş qabiliyyətini demək olar ki, itirib. Kəndin xeyirxah insanlarının ümidinə qalan Mariya xanımın yaşadığı ev yararsız vəziyyətdədir. İçində ilanların yuva qurduğu evin hər an uçmaq təhlükəsi var. Mariya xanım kömək üçün dəfələrlə Ağsu rayon İcra Hakimiyyətinə müraciət etsə də, İcra hakimiyyətindən onu müxtəlif bəhanələrlə yola veriblər.

Fövqaladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə də dəfələrlə zəng etdiyini deyən Mariya xanım, ordan da kömək ala bilmədiyini deyir.

Yaşadığı Hacıqədirli Kəndinin icra nümayəndəsi və bələdiyyə orqanlarının da onun acınacaqlı şaraitinə biganə yanaşdıqalrını deyən Mariya xanım, soyuq qış aylarında açıq otaqda yaşamağa məcbur olduğunu bildirir.

Ağsu rayon rəhbərliyindən ümidini üzən Mariya Muradova dövlət başçısı İlham Əliyevdən və 1-ci vitse-prezident Mehriban Əliyevadan kömək gözləyir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.