XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Gəncədə TİKİNTİ ÖZBAŞINALIĞI! “Rövşən Oğuz Qrup” MMC-də nələr baş verir? VİDEOSÜJET

Gəncədə TİKİNTİ ÖZBAŞINALIĞI! “Rövşən Oğuz Qrup” MMC-də nələr baş verir? VİDEOSÜJET

Gəncədə TİKİNTİ ÖZBAŞINALIĞI! “Rövşən Oğuz Qrup” MMC-də nələr baş verir? VİDEOSÜJET
6-06-2020, 17:43

Gəncədə inşa edilən yeni Olimpiya İdman Kompleksində Elçin İmamverdiyev adlı fəhlə dayaq-karkas işi görərkən hündürlükdən yıxılaraq nəticədə ağır bədən xəsarətləri alıb. Hadisənin şahidləri olayı özündə əks etdirən videogörüntüləri qeydə alaraq yayılmasına nail olublar.
"Demokratik.Az"-ın məlumatına görə, hadisə avqustun 28-də, günorta saatlarında qeydə alınıb.
Görüntülərdən və çəkənlərin şərhindən aydın olur ki, Gəncə Şəhər İcra Həkimiyyətinin sifarişi ilə “Rövşən Oğuz Qrup” MMC tərəfindən Yeni Gəncə yaşayış massivində inşa edilən Olimpiya Kompleksinin tikintisi zamanı adıçəkilən fəhlənin hüdülükdən yıxılması tikintiyə rəhbərlik edən şəxsin biganəliyi və səhlənkarlığı ilə müşahidə olunur. Belə ki, tikinti səlahiyyətliləri hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırmır. Yalnız 40 dəqiqədən sonra əraziyə Tibbi briqada yox, ağ rəngli (AZ 10-BF-017) “Cip” gəlir. Zərərçəkənin sağlamlığının ziddinə olaraq, yaralı şəxs digər fəhlə yoldaşlarının qucağında müdiriyyətin “Cip”inə qədər aparılır və maşınına qoyularaq xəstəxanalardan birinə aparılır.
Videoçəkilişdəki iddialardan o da müəyyən edilir ki, hadisənin səbəblərindən biri şirkət rəhbərliyinin öz işçilərini tələsdirməsi, xüsusilə "tikintidə təhlükəsizlik qaydaları"na riayət etmədən işçilərini işlətməsi olub.
Videosüjetdə şərhlərdə o da bilinir ki, şirkət Kompleks tikintisində hündürlüyə qalxanları (bütün işçiləri) xüsusi remenlə, çəkmə və forma ilə təchiz etmir, hündürlüyə çıxmaq üçün xüsusi karkaslardan deyil, adi taxta nərdivanlardan istifadə olunur. Şirkət "əmək məcəlləsi"nin tələblərini də nəzərə alınmadan işçiləri artıq iş saatlarında işləməyə məcbur edərək onları istismar edirlər.
“Rövşən Oğuz Qrup” MMC isə "dünyanınsəsi.az" saytına açıqlamasında iddiaları təkzib edib, çəkiliş materialını yalan və böhtan adlandırıb.
Şirkət öz absurd açıqlamasında zərərçəkmiş Elçin İmamverdiyevin iş başında deyil, evində yıxıldığına dair qeyri-inandırıcı iddia irəli sürməkdən belə çəkinməyib. Videoçəkilişin montaj olmadığı, həqiqəti əks etdirməsi isə ortadadır.
Bununla yanaşı, şirkət rəhbərliyi artıq çəkilişi edən fəhlələri işdən qovub.
Hazırda iş üzrə hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. Gedişat onu deyir ki, kimlərsə şirkəti məsuliyyətdən yayındırmaq üçün ənənəvi metodlardan istifadə edir, olayın əsl detallarını ört-bas etməyə çalışırlar. Şirkət tikintidəki özbaşınalıqlarını fəhləni belə qovmaqla pərdələməyə, cinayət məsuliyyətindən qaçmağa çalışır.
Şirkətin öz işçilərinə qarşı maliyyə maxinasiyaları etdiyi, vergi öhdəliklərindən də yayındığı deyilir.
Demokratik.Az-ın qısa araşdırmasına görə, adıkeçən şirkət ölkənin bir neçə rayonlarında (Oğuz, Qax) da İdman Komplekslərininh tikintisini həyata keçirib. 2013-cü ildə Gəncədə Olimpiya İdman Parkının tikintisində də podratçı şirkət “Rövşən Oğuz Qrup” MMC olub.
Şirkətin fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov tətəfindən kurasiya edildiyi, hətta dolayısıyla fövqəlnazirə məxsus olduğu da iddia edilir. İddianı dəqiqləşdirməyə çalışırıq.
Olay diqqətimizdədir, şirkətdə baş verən digər özbaşınalıqlar barədə oxucuya daha ətraflı məlumat verməyə çalışacağıq!
Demokratik.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.