Qusarın icra başçısı canını çox istəyirmiş... - "GİZLƏNİB" iddiası...
- 3-06-2020, 10:04
- 1 547
Müraciət müəllifi giley edir ki, karantinin ən sərt dövründə də, karantin rejimi yumşaldıqdan sonra da hansısa Qusar sakininin Şair Alxasova dərdini çatdırması müşkülə çevrilib. Dia.az-a bildirilir:
"Bəhanə də gətirirlər ki, başçı virusa yoluxa bilər. Yaşlı adamdır. Əgər belədirsə, Şair Alxasov xəstəliyə yoluxmaması üçün biz sakinlərdən qaçırsa, o zaman cənab Prezident Qusara daha sağlam və daha gənc birini rəhbər təyin etsin ki, biz də dərdimizi söyləyə bilək".
Müraciətin sonunda qeyd olunur ki, ola bilsin ki, ümumiyyətlə Şair Alxasov Qusarda deyil: "Şaiyə gəzir ki, başçımız ilk gündən Bakıdadır və rayonu oradan idarə edir".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...