Qusarın icra başçısı canını çox istəyirmiş... - "GİZLƏNİB" iddiası...
"Koronavirus pandemiyası dövründə digər rayonların icra başçılarına həsədlə baxdıq. Gördük ki, əksər rayonların başçıları camaatın durumu ilə şəxsən maraqlandı. Amma Qusarda belə olmadı və indi də belə deyil. Görünür, digər başçılardan fərqli olaraq Qusar RİH rəhbəri Şair Alxasov canını daha çox istəyir". Bu sözlər DİA.AZ-a ünvanlanan müraciətdə yer alıb.
Müraciət müəllifi giley edir ki, karantinin ən sərt dövründə də, karantin rejimi yumşaldıqdan sonra da hansısa Qusar sakininin Şair Alxasova dərdini çatdırması müşkülə çevrilib. Dia.az-a bildirilir:
"Bəhanə də gətirirlər ki, başçı virusa yoluxa bilər. Yaşlı adamdır. Əgər belədirsə, Şair Alxasov xəstəliyə yoluxmaması üçün biz sakinlərdən qaçırsa, o zaman cənab Prezident Qusara daha sağlam və daha gənc birini rəhbər təyin etsin ki, biz də dərdimizi söyləyə bilək".
Müraciətin sonunda qeyd olunur ki, ola bilsin ki, ümumiyyətlə Şair Alxasov Qusarda deyil: "Şaiyə gəzir ki, başçımız ilk gündən Bakıdadır və rayonu oradan idarə edir".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...