SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəki şəhərində daha neçə ayı saxlanılır?

Şəki şəhərində daha neçə ayı saxlanılır?

Tarix:

2-06-2020, 12:14

/ 1 522 dəfə oxundu.
Şəki şəhərində daha neçə ayı saxlanılır?

İki gün öncə, gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi ilə bağlı yayılan məlumatlar son günlər rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun sayı,hesabı bəlli olmayan var-dövləti haqqında dövrü mətbuatda yazılanları arxa plana atdı,unutdurdu.Dünən isə qonur ayının Şəkidəki villaların birindən küçəyə çıxması barədə məlumatlar yayıldı.

Aktualinfo.org-un rayondakı mənbələrdən əldə etdiyi məlumatlara görə qonur ayının meşədən çıxaraq Şəki şəhərinin mərkəzi küçələrinə qədər gəlməsi inandırıçı versiya deyil. Belə ki,ayının birdən birə peyda olduğu Axundzadə və 20 Yanvar küçələri Şəki şəhərinin mərkəzində yerləşir. Ayı meşədən çıxmış olsa, bu küçələrə gəlib çatana qədər çay kənarı ilə xeyli yol qət etmiş olardı.Ona görə də,qonur ayının çay kənarında deyil,şəhər ətrafındakı küçələrdə deyil,birdən-birə Axundzadə küçəsində görünməsi heç kimə inandırıcı gəlmir.Çünki,gecə saatları olmasına baxmayaraq ayının ən azından səsini eşidən,uzaqdan görən bir-iki nəfər olardı.

Digər tərəfdən isə Şəki şəhərinin mərkəzi küçələrində qonur ayının səhər saat 4-dən günorta saatlarına qədər çox mədəni formada var-gəl etməsi, insanlara hər hansı bir təhlükə yaratmaması,heç də vəhşi təbiətin nümayəndəsi olmasından xəbər vermir . Görüntüləri sonradan yayılan, boynunda olan izdən də məlum olur ki, ayı heç də rəsmilərin dediyi kimi dağdan enib çay axarı ilə şəhərə daxil olmayıb. Ayı sadəcə olaraq saxlandığı yerdə boyunbağını qırmış və sakitcə saxlandığı məkanı tərk etmişdir.
Verilən məlumata görə ayı Şəkinin mərkəzində yaşayan imkanlı bir şəxsin həyət evindən çıxıb qaçmışdır. Həmin yerdə bu ayıdan başqa daha 4 ayının da olduğu bildirilir. Yaxın bir neçə gündə ayının əsil sahibinin kimliyi barədə dəyərli oxucularımıza məlumat verəcəyik.

Qeyd edək ki, sakinlərin çağrılmamış “qonğın” müxtəlif vasitələrlə tutmağa çalışdıqları görüntülərdə də ayının daha çox halsız olduğu hiss olunur.Şəkinin ən imkanlı məhəlləsində peyda olması və gəzintidən yorularaq elə asfaltın üstündəcə yuxuya getməsi həm də ayının ac,susuz olduğunu göstərir. Ona ən azından bir az su vermək nədənsə şəkililərin ağlına heç gəlməyb.

Şərhlər

XƏBƏR LENTİ