SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəmkirdə koronavirus xəstələri dad deyir... - GİLEY

Şəmkirdə koronavirus xəstələri dad deyir... - GİLEY

Tarix:

1-06-2020, 15:53

/ 1 763 dəfə oxundu.
Şəmkirdə koronavirus xəstələri dad deyir... - GİLEY

"Sizə Alimpaşa Məmmədovun idarə etdiyi Şəmkirdə yerləşən, koronalı xəstələrin olduğu Mərkəzi xəstəxanadakı biabırçılıqdan danışım dəhşətə gəlin". Bu sözlər DİA.AZ-a göndərilən müraciətdə yer alıb. Müraciət müəllifi daha sonra yazır:

"1. Xəstəxanada xəstələr heç kəsin vecinə deyil.
2. Hər yerdə natəmizlikdir, maska, əlcək, spirt heçnə vermirlər. Otaq təmizlənmir. Xəstəxanaya gələndən bəri hələ otağım bir dəfə də olsun dezinfeksiya edilməyib. Otaq qapıları spirtlənmiş tənziflə tənziflənməyib.
3. Yeməklə bağlı... Səhərlər əlində əlcək olmayan uzun it dırnağı ilə əlini birbaşa yeməyə vurub, verir. Günorta yeməyi soyuq şəkildə sanki itə yal verirmiş kimi təqdim edilir. Günorta yeməyində kompot meyvə salat göy göyərti heç nə olmur. Axşam yeməyi donmuş, qıcqırmış qreçka soyuq formada verilir. Saat 17:30 da verilir. Niyə tez verirsiniz deyəndə isə aşağıdakılar tez gedəcəklər ona görə belə edirik deyirlər. Nə qədər edirəm qandıra bilmirəm bu reklam ulduzu Alimpaşanın adamlarını.
4. Hansı ağ paltarlıya bir söz deyirsən deyir mən nağayrım demirlər, vermirlər, gətirmirlər mən neyniyim?
Olan da buradakı xəstələrə olur.
Sizin vastənizlə buradan cənab Prezidentə, operativ qərargaha, TƏBİB-ə müraciət edirəm. Alimpaşanın reklam ulduzu kimi özünü təriflətməyinfən başqa heç nəyi yoxdur. Nəzarət etdiyi rayonun xəstəxanası bu vəziyyətdədirsə, gör rayon nə vəziyyətdədir".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ