SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdaşda “Xaş–xaş 2020” əməliyyatı : 1 t 58 kq narkotik bitki yandırıldı

Ağdaşda “Xaş–xaş 2020” əməliyyatı : 1 t 58 kq narkotik bitki yandırıldı

Tarix:

28-05-2020, 12:03

/ 1 978 dəfə oxundu.
Ağdaşda “Xaş–xaş 2020” əməliyyatı : 1 t 58 kq narkotik bitki yandırıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Nehrəxəlil və Pirəyir kəndləri ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 ton 58 kiloqram olan 7138 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.
Ağdaşda “Xaş–xaş 2020” əməliyyatı : 1 t 58 kq narkotik bitki yandırıldı

Şərhlər

XƏBƏR LENTİ