SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabadın icra başçısı onkoloji xəstəni kabinetindən necə qovub? — “Get nə bilirsən et…” - FOTO

Cəlilabadın icra başçısı onkoloji xəstəni kabinetindən necə qovub? — “Get nə bilirsən et…” - FOTO

Tarix:

18-04-2017, 16:31

/ 58 965 dəfə oxundu.
Cəlilabadın icra başçısı onkoloji xəstəni kabinetindən necə qovub? — “Get nə bilirsən et…” - FOTO

Cəlilabad rayon Təzəkənd kənd sakini, onkoloji xəstə Orucov Rövşən Cahanşah oğlu müraciət edərək, rayon rəhbərliyindən şikayət edib.
Şikayətçi Cəlilabad rayon icra hakimiyyətinin onun şikayətini dinləmək belə istəmədiyini bildirərək, ölkə rəhbərliyindən yardım istəyir. Rövşən Orucovun sözlərinə görə o, onkoloji xəstədir. Neçə illərdir yataqda bu xəstəliklə mübarizə aparır. Dəfələrlə müvafiq orqanlara müraciət etsə də, onun bu şikayətlərinə məhəl qoyan olmayıb. Ünvanlı sosial yardım almaq üçün Cəlilabad rayonunun rəhbərliyinə üz tutan, xəstə olduğundan evinə çörək pulu qazana bilmədiyini qeyd edən R.Orucovun sözlərinə görə, Cəlilabad rayon İcra Hakimiyyətinin qapısından qovulub.
“Mən bir neçə müddət bundan əvvəl ünvanlı sosial yardım almaq üçün müəyyən dairələrə müraciətlər etdim. Dəfələrlə İcra Hakimiyyətinə üz tutdum. Lakin İcra başçısı Əziz Əzizov məni təhqir edərək, “ get burdan, nə bilirsən onu da et, bu bizim problemimiz deyil” deyib qovdu.
Daha Allahverdi Qurbanoğlu adlı birisi, mənə yardım edəcəyini, nazirlikdə adamı olduğunu söyləyərək, təcili hardan olur olsun 600 manat borc tapıb ona verməyimi istədi. O, bu 600 manatla o mənə sosial yardım düzəldəcəyini vəd etdi. Mən də qohum-əqrabaya üz tutub 600 manat borc tapıb həmin adama versəm də, məni aldadaraq aradan çıxdı. Həm ailədəki vəziyyətin, həm də öz vəziyyətimin ağır olmasını görüb, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etdim. Bu nazirlikdə Ömər Abdullayev baxdı. Lakin, heç bir müsbət nəticəsi olmadı. Artıq çarəsiz qaldığımı görüb nazirliyin qaynar xəttinə zəng vurdum. O zəngdən sonra da Cəlilabad polis idarəsinin rəisi Namiq Camalov əlaqə saxlayaraq məndən niyə qaynar xəttə zəng etdiyimi soruşaraq, mənə təzyiq göstərdi. Mənə polis idarəsinə gəlməyimi söyləsə də xəstəlik səbəbindən idarəyə getmədim. Mən onkoloji, yataq xəstəsiyəm, bütün bunlara baxmayaraq mənə sosial yardım belə verilmir. 29.03.2017-ci il tarixində həm prokrorluğa, həm polis idarəsinə, həm icra hakimiyyətinə müraciət etmişəm. Lakin heç kim mənim problemimlə maraqlanmaq belə istəmir. Maraqlanmaq bir yana dursun, getdiyim yerlərdə məni təhqir edirlər. Mən dövlət başçısı cənab İlham Əliyevin siyasi xəttini dəstəkləyən bir vətəndaşam. Belə məmurlar isə ölkəmizin inkişafına xələl gətirirlər” deyə şikayətçi qeyd edir.

avropa.info
Cəlilabadın icra başçısı onkoloji xəstəni kabinetindən necə qovub? — “Get nə bilirsən et…” - FOTO
Cəlilabadın icra başçısı onkoloji xəstəni kabinetindən necə qovub? — “Get nə bilirsən et…” - FOTO
Cəlilabadın icra başçısı onkoloji xəstəni kabinetindən necə qovub? — “Get nə bilirsən et…” - FOTO
Cəlilabadın icra başçısı onkoloji xəstəni kabinetindən necə qovub? — “Get nə bilirsən et…” - FOTO
Cəlilabadın icra başçısı onkoloji xəstəni kabinetindən necə qovub? — “Get nə bilirsən et…” - FOTO

Şərhlər

XƏBƏR LENTİ