"İcra başçısı torpaqları əlimdən almaq istəyir” - “Şərurlu" İsfəndiyar
"Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Xızı Rayon İcra Hakimiyyətini torpaq mübahisəsi ilə bağlı məhkəməyə verib.
Bu barədə sabah.az-a istinadla xəbər veririk.
Saytın əldə etdiyi məlumata görə, Xızı Rayon Məhkəməsinin qərarından narazı qalan iş adamı Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət edib. İş araşdırılmaq üçün hakim Hökümə Babayevanın icratına verilib.
İsfəndiyar Axundov iddia ərizəsində Xızı rayonu ərazisində ona aid olan torpaqların icra hakimiyyəti tərəfindən qanunsuz olaraq zəbt edilmək istədiyini göstərib.
Sayta açıqlama verən İsfəndiyar Axundov faktı təsdiqləyib. O bildirib ki, Xızıda qoyun yataqları var: "Xızıda vəziyyət acınacaqlıdır. Bizi incidirlər ki, oradan köçürsünlər. İcra başçısı gücünü göstərərək, torpaqları əlimdən almaq istəyir. Məndə isə hər şey sənəd-sübutladır”.
Qeyd edək ki, Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanovdur. Apelyasiya məhkəməsi koronavirus pandemiyası ilə əlaqədar bir neçə dəfə təxirə salınıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...