XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Başçı ilə icra nümayəndəsi şəhid ailəsinin torpağını necə ələ keçirib… – Tərtərdən daha bir şikayət

Başçı ilə icra nümayəndəsi şəhid ailəsinin torpağını necə ələ keçirib… – Tərtərdən daha bir şikayət

Başçı ilə icra nümayəndəsi şəhid ailəsinin torpağını necə ələ keçirib… – Tərtərdən daha bir şikayət
19-05-2020, 09:53

1950-ci ildə Şuşa şəhərində doğulmuş, hal –hazırda Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi mənzil 20, ev 4-də müvəqqəti yaşayan, Dadaşov Qəzənfər Kərəm oğlu Tərtər rayonunun rəhbərliyi tərəfindən şəhid ailəsi olmalarına baxmayaraq edilən haqsızlıqla bağlı ölkə rəhbərliyinə şikayət ərizəsilə müraciət edib. Həmin şikayətin bir nüsxəsini redaksiyamıza göndərən Qəzənfər Dadaşov məsələnin həm də ictimailəşməsini xahiş edib. Azinforum.az həmin şikayəti olduğu kimi təqdim edir:

“Hörmətli cənab Prezident!

Yazıb Sizə bildirirəm ki, 1998-ci ildə Tərtər Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında anam – Dadaşova Quba Məiş qızına və qohumum – Rəhimova Məxmər Qənbər qızına Köçərli kəndində yerləşən bələdiyyənin ehtiyat fondundan 12 hektar əkin, 8 hektar örüş yeri ayrılıb. Həmin torpaqda biz kənd təsərrüfatı işləri ilə məşğul olurduq. Təəssüflər olsun ki, rayon rəhbərliyi bizə öz işimizlə məşğul olmağa imkan vermədi. Bu haqda dəfələrlə əlaqədar qurumlara müraciət etsək də, dərdimizə əlac edilmədi. Bizə cavab verdilər ki, həmin ərazidə yerləşən məcburi köçkünlər oradan çıxandan sonra torpaqdan istifadə edə bilərik.

İndi isə bizə məlum olur ki, bizim, yəni şəhid ailəsinin adına olan torpağı məmurlar qeyri-qanuni olaraq , vəzifə səlahiyyətindən istifadə edərək, əvvəlki tarixə öz doğmalarının adına sənədləşdiriblər. Bu qanusuzluğu edən Köçəri kəndinin icra nümayəndəsi işləyən Mübariz Yunusovdur. Sözügedən məmur bu saxtakarlığı uzun müddətli icarəyə götürmək adı ilə öz qardaşının həyat yoldaşının adına sənədləşdirib. Həmin ərazidə yerləşdirilən məcburi köçkünlərə bu günə kimi ev verilməyib. Bunu məqsədli şəkildə edirlər. Əvəzində icra başçısı ilə əlbir olan kənd icra nümayəndəsi mənzilləri başqa adamlara verdirirlər. Necə olur ki, indiyə qədər həmin ərazidə tikilən 36 bina yalnız bizim yeri zəbt edən qaçqınlara ev verilmir?

Çox xahiş edirəm ki, ölkəmizdə korrupsiya ilə geniş mübarizənin aparılması çərçivəsində Tərtərin icra başçısı Müstəqim Məmmədov və Mübariz Yunusovun iş birliyi nəticəsində pozulan hüquqlarımızın təmin olunmasında bizə yardımçı olasınız. Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk”.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Başçı ilə icra nümayəndəsi şəhid ailəsinin torpağını necə ələ keçirib… – Tərtərdən daha bir şikayət

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.