Tərtərdə icra başçısına qarşı etiraz aksiyası: Örüş torpaqları zəbt edilib — VİDEO
Tərtər rayonunda etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları örüş torpaqlarının zəbt edildiyini bildiriblər.
Qeyd olunub ki, şikayət edilsə də, məsələyə baxılmayıb.
Onlar bu işdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovu günahlandırıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Qeyd: M.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin bu günlərdə keçirdiyi əməliyyatlardan sonra rayonda ictimai işə cəlb edilən şəxslərin maaş kartlarının özlərinə qaytarılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara belə münasibət bildirmişdi: "Bizim rayonda belə hallar ola bilməz. Heç tarixən də olmayıb. Biz heç zaman kasıbın çörəyinə göz dikməmişik, o qabiliyyətdə olmamışıq. Əgər doğrudan da rayonumuzda belə nöqsanlar varsa, o zaman gəlib axtarıb tapacaqlar və biz də qanun qarşısında cavab verəcəyik".(pravda.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...