XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Bərdədə mədəniyyətin qəbrini qazan İlyas Hacıyevin adı rüşvət siyahısında keçir...

Bərdədə mədəniyyətin qəbrini qazan İlyas Hacıyevin adı rüşvət siyahısında keçir...

Bərdədə mədəniyyətin qəbrini qazan İlyas Hacıyevin adı rüşvət siyahısında keçir...
13-05-2020, 16:39

DTX-nın yaydığı videoçarxda göstərilən siyahıda Bərdə Regional Mədəniyyət İdarəsi rəisi İlyas Hacıyevin hər ay Rafiq Bayramova 5000 (beş min) manat rüşvət verdiyi qeyd edilib...
Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi Mədəniyyət Nazirliyində keçirilən (DTX) keçirilən əməliyyatla bağlı rəsmi məlumat yaydı. DTX-nin yaydığı rəsmi məlumatda Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol verdikləri bildirilir.

Qurumun yayımladığı əməliyyat videosunda ayrı-ayrı vəzifəli şəxslərdən alınan pul vəsaitlərinin qeydləri nümayiş etdirilir. Əməliyyatçıların ələ keçirtdikləri siyahıda Regional Mədəniyyət İdarə rəislərinin hər ay Rafiq Bayramova verdikləri rüşvətin məbləğləri qeyd olunub. Rüşvət siyahısında qeyd olunan qurumlardan biri də Bərdə Regional Mədəniyyət İdarəsidir. Videoçarxda görüntülənən siyahıda Bərdə Regional Mədəniyyət İdarəsi rəisi İlyas Hacıyevin hər ay Rafiq Bayramova 5000 (beş min) manat rüşvət verdiyi qeyd edilib.



Qeyd edək ki, Bərdə Regional Mədəniyyət İdarəsinə 2017-ci ildən İlyas Hacıyev rəhbərlik edir. Ondan əvvəl isə İlyas Hacıyev Bərdə Mədəniyyət idarəsinin rəisi olub. Ölkə mətbuatında İlyas Hacıyevin, həm Bərdə Mədəniyyət İdarəsinin müdiri, həm də Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi işlədiyi dövrlərdə korrupsiya əməlləri barədə çoxsaylı məlumatlar dərc edilib. Həmin məlumatlarda İlyas Hacıyevin Bərdə icra başçısı Vidadi İsayevin ən yaxın adamı olmaqla bərabər, həmçinin başçının qara kassası olduğu bildirilir.

Mediada təkzib olunmayan məlumatlarda qeyd edilir ki, İlyas Hacıyev Bərdə Mədəniyyət İdarəsi və Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi işlədiyi dövrlərdə adı olub özü olmayan çoxlu sayda işçinin əmək haqqlarını, həmçinin şişirdilmiş dərs saatları hesabına dövlətin ay ərazində 15-20 min manat vəsaiti mənimsəyib. Məhz nazir müavini Rafiq Bayramova hər ay 5000 (beş) min manat rüşvət verməsidə buna əyani bir sübutdur.(milli.az)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.