XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » 35854 başlıq qoyun ferması və 300 minlik Range Roveri olan icra başçısı da həbs oluna bilər

35854 başlıq qoyun ferması və 300 minlik Range Roveri olan icra başçısı da həbs oluna bilər

35854 başlıq qoyun ferması və 300 minlik Range Roveri olan icra başçısı da həbs oluna bilər
13-05-2020, 16:14

Ölkəmizdə kadr və struktur islahatları davam edir. Belə ki, aparılan islahatlar nəticəsində bəzi məmurlar vəzifələrini itirib, onları yeni kadrlar əvəzləyib. Bir çox sahələri əhatə edən islahatlar icra hakimiyyətlərindən də yan keçməyib.
İşini itirənlərlə yanaşı həbs edilənlər də olub.

“Gundelik-baki.com” bildirir ki, 2019-cu il, sentyabr 30-da Ənvər Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ə.Seyidəliyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun dayısıdır.
Oktyabrın 31-də Qoca Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
Dekabrın 19-da isə keçmiş icra başçısı Q.Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.
Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oktyabrın 31-də Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılıb. O, 15 il Xaçmaza rəhbərlik edib.
Prezidentin noyabrın 12-də imzaladığı sərəncamla Lütvəli Babayev Zərdabın icra başçısı vəzifəsindən azad edilib. L.Babayev 12 il Zərdabın icra başçısı olub.
Dekabrın 4-də Əhməd Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. O, 13 il bu rayonda rəhbər vəzifədə çalışıb.
Dekabrın 20-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev vəzifəsindən azad olunub.
O, ötən il aprel ayının 5-də Goranboy rayonunun icra başçısı vəzifəsindən azad edilərək Ağstafaya təyinat almışdı.
Dekabrın 19-da isə N.Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.


2020-ci il , 20 fevral tarixində Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev həbs edilib. Onunla yanaşı müavinləri və rayonun baş həkimi tutularaq Bakıya gətirilib.
Martın 5-də Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Mirsadıq oğlu Sadıqovu vəzifəsindən azad edib.

Aprelin 29-da Biləsuvar icra başçısı Mahir Quliyevin qoluna qandal vurulub.

Nəhayət may ayının əvvəlində DTX Imişli icra başçısı Vilyam Hacıyevi həbs edərək Bakıya gətirib.
Həbslərin davam etdiriləcəyi labüddür. Növbəti hədəfdə olan icra başçısı Əhəd Abıyev ola bilər. İcra başçının çoxsaylı korrupsuya əməlləri, dövlət büdcəsini dağıtması ilə bağlı dəqiq məlumatlar var. Rayon sakinlərindən Prezident Aparatına gələn şikayətlərin də ardı kəsilmir. Hədsiz var-dövlət yığmış Abıyevin Bakı ilə yanaşı regionlarda, hətta Avropada mülkləri var. Təkcə Xoşbulaq yaylasındakı fermasında 35854 baş qoyunu var. 10 AA 457 dövlət nömrə nişanlı , 300 minlik “Range Rover” avtomobilinin sahibi Abıyev fermer kimi uğur qazansa da, məmur kimi yarıtmazlığı onun karyerasının sonunu gətirir.
Maraqlı məqamlardan biri də budur ki, vurulan icra başçılarının əksəriyyətinin oğlu Gömrük Komitəsində çalışırmış. Məsələn Biləsuvarın sabiq başçısı Mahir Quliyevin oğlu kimi. Əhəd Abıyevin də varisi gömrükçüdü. Özü də işə karantin vaxtı götürülüb.Dövlət İmtahan Mərkəzində nə vaxt imtahan verməyə vaxt tapdığı da nəməlumdur.Görəsən Səfər Mehdiyev icra başçılarının qohum-əqrabalarını komitəyə hansı prinsiplərlə işə götürür?
Abıyevin Bakının Nərimanov rayonundakı çoxmərtəbəli villası, həmin rayonun mərkəzi küçələrindəki ticarət obyektlərindən olan videoreportajı yaxın günlərdə təqdim edəcəyik.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.