Xaçmazda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir
- 9-05-2020, 13:27
- 1 157
Polis əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən tibbi maskadan mütləq qaydada istifadə etmələri barədə məlumat verilir, sağlamlıqlarının qorunması üçün insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamalarının vacibliyi izah olunur. Bundan əlavə rayon ərazisində yerləşən bank və poçt filiallarının qarşılarında, eləcə də əhalinin sıx olduğu digər ərazilərində sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maskalar paylanılır.