Vilyam Hacıyev Göygöl İcra Hakimiyyətinin binasını necə alıb? - İLGİNC
Bir neçə gün bundan öncə öz kabinetində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan İmişli rayon icra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev haqda daha bir şok fakt ortaya çıxıb.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İlahə Hacıyeva-Vəliyeva adlı istifadəçi özünün Facebook səhifəsində yazıb:
“Bu həmin o Vilyam Hacıyevdir ki, Göygöl, keçmiş Xanlar rayonunda indiki icra hakimiyyətinin binasını o zamanlar yaşayış binası kimi tikən dayımın əlindən bir manat pul vermədən alıb İcranın binası elədi. Dayım isə o binanın tikintisi üçün bütün varını-yoxunu qoymuşdu. Bunu insan insana eləməzdi, amma o vicdansız eləmişdi. Dayım kimə şikayət etsə də nəticəsi olmamışdı. Bir günün içində dayım 50 yaş qocalmışdı, bu şərəfsizin ailəsi üçün etdiyi hədə-qorxularını eşidəndə. İNDİ ÇƏKSİN CƏZASINI…..”.
Xatırladaq ki, Vilyam Hacıyev 14 aprel 2012-ci il tarixdən 05 may 2020-ci il tarixədək İmişli Rayon İcra Hakimiyyətinin başçısı olub. 05 may 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İmişli rayon icra hakimiyyətinin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
İstintaq orqanı tərəfindən V. Hacıyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilib. Səbail rayon Məhkəməsi tərəfindən Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...