XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Saatlı rayon İcra hakimiyyətində növbəti onlayn müşavirə keçirilib

Saatlı rayon İcra hakimiyyətində növbəti onlayn müşavirə keçirilib

Saatlı rayon İcra hakimiyyətində növbəti onlayn müşavirə keçirilib
5-05-2020, 13:36

Onlayn müşavirədə Saatlı rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılov, idarə və müəssisə rəhbərləri, şəhər, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər. Videomüşavirədə çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 1 may tarixdə keçirilən iclasının qəbul etdiyi qərar barədə ətraflı məlumat verib. Operativ Qərargahın yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı respublikadakı mövcud sanitar-epidemioloji vəziyyəti, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini təhlil edərək xüsusi karantin rejiminin 31 may 2020-ci il saat 00:00-dək uzadıldığını, virusa yoluxma və xəstələrin sağalma dinamikasını nəzərə alaraq tətbiq edilən məhdudiyyətin yumşaldılmasına dair müvafiq qərar qəbul etdiyini bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bildirdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə atılan addımlar öz töhvəsini verməkdədir. Rayon rəhbəri həmçinin Prezident İlham Əliyevin karantin dövründə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin rifahının yüksəldilməsinə yönəlmiş sərəncam və tapşırıqları, 600 min nəfərə 190 manat bir dəfəlik yardım verilməsini, ictimai işlərin sayının 30 mindən 90 minə çatdırılmasını, Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə ərzaq yardımlarının edilməsinin əhali tərəfindən yüksək qarşılandığını bildirərək Respublikanın bütün bölgələrindən ölkə başçısına göndərilən minnətdarlıq məktubu və teleqramları barədə məlumat verərək mövcud vəziyyətdə əhalinin qarşısında duran vəzifələrdən danışmışdır.
Rayon rəhbəri bildirdi ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonları istisna olmaqla, digər rayon və şəhərlərdə karantin rejimi tam yumşaldılıb.
Karantin rejiminin yumşaldılması arxayançılıq yaratmamalıdır. İzolyasiya tədbirləri davam etdirilməlidir, Gigiyena qaydalarına əməl olunmalıdır. Adamların sıx gəzməməsi, 10 nəfərdən çox şəxslərin bir yerə yığışmamasına diqqət yetirilməlidir. Əhali ilə maarifləndirmə işləri davam etdirilməlidir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.