Biləsuvarın baş memarı belə qazanıbsa... - FAKT
Biləsuvar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Yaşar Şahab oğlu Əzimovun şirkəti üzə çıxıb.
Qlobal.az xəbər verir ki, şöbə müdirinin birbaşa rəhbərlik etdiyi "Yevisa" Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti profilli üzrə fəaliyyət göstərib.
Yaşar Əzimovun şirkəti 94.893 manat nizamnamə kapitalına malikdir.
Qeyd edək ki, bu cür ciddi nizamnamə kapitalı Azərbaycanda çox az şirkətdə var.
"Yevisa" MMC ilə yanaşı, Yaşar Əzimova məxsus olan daha bir obyektin olduğu barədə də məlumat yayılıb. Məlumata görə Bakının Binəqədi rayonunda şadlıq evi kimi inşa edilən obyekt hazırda "Brend House" loqosu altında geyim mağazası kimi fəaliyyət göstərir.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunun İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyatdan hazırlanan videoda Yaşar Əzimov rayonda tikinti işləri aparmaq istəyən şəxslərdən pul aldığını etraf etmişdi.
Onu da qeyd edək ki, Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmi saytında Yaşar Əzimov hələ də Biləsuvar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri olaraq qalmaqdadır. 



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...