XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Tədris ustası ADAU rektoruna tənələr yağdırdı: - “Siz rektor olandan bəri…”

Tədris ustası ADAU rektoruna tənələr yağdırdı: - “Siz rektor olandan bəri…”

Tədris ustası ADAU rektoruna tənələr yağdırdı: - “Siz rektor olandan bəri…”
4-05-2020, 14:13

Azərbaycan Dövlət Aqrar Universitetinin tədris ustası tədris ocağında yaradılan mühitdən sıxılaraq sosial şəbəkə vasitəsilə rektor İbrahim Cəfərova tənələr yağdırıb. Tədris ustasının yazdıqlarından aydın olur ki, universitetdə ona qarşı qərəzli münasibət var və başında da rektorun yarıtmaz fəaliyyəti, “ziyalı vandalizmi” durur.
“Demokratik.Az” saytı olaraq incidilməkdə olan tədris ustasının rektora çağırış mesajını olduğu kimi diqqətə çatdırırıq.

“Salam İbrahim müəllim, mən bəzilərindən fərqli olaraq, dünyaya gələndən ailəmizdə Ulu öndər Heydər Əliyevə sevgi və məhəbbət görmüşəm. Bu gün də onun layiqli davamçısı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasəti və islahatı ürəkdən dəstəkləyirəm.

Mən Azərbaycanda bəzilərindən fərqli olaraq, hörmətlə qəbul olunan bir ailənin üzvüyəm. Özümdə sözlərimə, hərəkətlərimə nəzarət edən, savadlı və mədəni bir adamam. Buna görə də, bəzi “adamlar” mənə qarşı həmişə qısqanclıqla yanaşıblar. İyirmi beş ildir mən bu universitetdə işləyirəm. Ancaq sizin rektor olduğunuz gündən bəri mən haqsız yerə təziqlərə, təqiblərə məruz qalmışam. Bəzi satqın “adamlar “sizin mənə qarşı qərəzli münasibətinizdən istifadə edərək, məni satmaq üçün yarışa giriblər. Mənim ADAU-TV-də onlayına çıxışım blok edilibdir. Xahiş edirəm yeddi ildə mənə qarşı qərəzli sürətdə olan şərə, böhtana, haqsızlığa son verilsin. Mənə dəymiş maddi və mənəvi ziyan təmin edilsin. Kafedramızda da hökümətimiz əleyhinə olan adamlar haqqında tədbir görülsün”-deyə İlqar Hacıyev bildirib.
Xatırladaq ki, rektorun birbaşa öz iradəsinə dayanan çeşidli özbaşınalıqlar mövcuddur. Lakin, nə qədər tənqid olunsa da, ADAU rektoru universitetdə müəllimlərə və keyfiyyətini durmadan aşağı saldığı tədris mühitinə qarşı istədiyi zorakılıqlarını davam etdirir.
ADAU-nun və rektorun da söz haqqını tanıyırıq!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.