SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Torpaqlar iri məmurlara satılıb..." - GİLEY

"Torpaqlar iri məmurlara satılıb..." - GİLEY

Tarix:

29-04-2020, 09:54

/ 1 158 dəfə oxundu.
"Torpaqlar iri məmurlara satılıb..." - GİLEY

Şəki rayonun Baş Göynük kənd sakinlərindən Xəlfətov Zaməddin (mob. 050-781 3 50) və digər 63 nəfər sakinlər tərəfindən ölkə rəhbərliyinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Biz uzun müddətdir ki, yaşadığımız Baş Göynük kəndinə məxsus və bizə pay verilmiş torpaq sahələrində işləyib ailəmizi dolandırmaqla məşğuluq. Hazırda şəxsi təssərrüfatla-maldarlıqla, dirrik-tərəvəz yetişdirməklə məşğuluq.Lakin kənddə yaşamağımıza baxmayaraq mal otarmağa torpaq sahəmiz olmadığından mal-qara saxlaya bilmirik.Məcbur olub süd-qatıq məhsullarını Şəki şəhər bazarından alaq. Halbuki bir balaca şəraitimiz olsa biz kənd camaatı bu məhsulları özümüz istehsal edə və hətta şəhər camaatına sata da bilərik. Bununla bazarda bolluq yaradarıq.

Bir daha xatırladaq ki,yaşadığımız bu ərazidə təxminən 90-a yaxın ailə maldarçılıq, əkinçilik və bağçılıqla məşğul olur. Hər bir ailənin ən azı bir sağılan mal-qarası vardır ki, bununla ailənin minimum dolanacağını təmin edə bilirik. Yaşadığımız ərazinin yaxınlığında yerləşən yerli Bələdiyyəyə məxsus örüş ərazisində ( təxminən 15 ha ərazi) illər uzunu mal-qaramızı otarmaqla məşğul olmuşuq. Lakin son vaxtlar yerli bələdiyyənin balansında olan torpaqlar icarə müqavilələri adı ilə hansısa iri məmurlara satılmışdır. Biz bunu demək istəyirik ki, yerli bələdiyyə bu torpaqları hansısa məmurlara satınca, heç olmasa bizim yerli camaata icarə müqavilə əsasında versin ki, biz də mal-qaramızı saxlaya bilək. Əgər biz kənddə yaşayıb mal-qara saxlaya bilmiriksə, kənddə yaşamağın nə adı var.Kənd ərazisində olan torpaqların 50 %-ni qanunsuz olaraq hansısa məmurlara satıblar ( min ha-la sahə nəzərdə tutulur) Onların fikri budur ki, biz kənd camaatını sıxışdırıb kənddən çıxarmaqdır. Bunu həm də təxribat hesab edirik. İndi mal-qaranı otarmaq üçün etdiyimiz 2020-ci ilin yanvarındakı müraciətimizə Ədliyyə Nairirliyinin Bələdiyyələrlə iş Mərkəzi tərəfindən Şəki Regional Bələdiyyə İdarəsinə 3 dəfə bizim kollektiv müraciətimizə baxılması tapşırılsa da, İdarəsinin sədri, Oğuz rayonun Bucaq kəndindən olan, Oğuzun İcra başçısı Eyvaz Qurbanovun qohumu hesab edilən Siracəddin Rüstəmov bizə rəsmi cavab yazmır. 3 dəfə onun qıbullarında olmuşuq. Bizi yola verməklə müxtəlif nağıllar danışır. Hesab edir ki, biz adi kənd damlarıyıq. Amma səhv edir. Bu adamın göstərişi və ortaqlığıilə həmin bizim icarəyə almaq istədiyimiz 15 ərazi əvvəllər yerli bələdiyyə tərəfindən “Azəripək” ASC-yə icarəyə verilmişdir. Onlar da 2007-ci ildən buarad tut bağı salmışlar və istifadə etmişlər. 2016-ci ildə baxısızlıq ucbatından buradakı tut bağlarının hamısını məhv etdilər. 2017-ci ildə hansısa məmur bu 15 ha ərazidə qanunsuz buğda əkdi. 2018-də ərazi boş qaldı. Hazırda isə burda Zaqtalada olan “Azərtütün”ASC-yə məxsus adamlar qanunsuz olaraq tütün becərməklə məşğuldurlar. Biz öyrəndik ki, yerli bələdiyyə Azərtütnlə heç bir icarə müqaviləsi bağlamayıb. Hazırda da müqavilə “Azəripəklə qüvvəsində qalır. Buna baxmayraq Azəripək də son 6 ildə bələdiyyəyə olan 6000 manat icarə haqqını ödəməmiş qalmışdır. Biz kənd camaatı da deyirik ki, əgər Azəripək icarə müqaviləsini ödəmirsə bu yeri əvvəlki kimi ğrüş sahəsi olaraq biz yerli adamlara icarəyə versinlər biz bu icarə haqqını ödəyək. Budur, indi kənar idarə özbaşına müqavilə bağlamaşadığımız yerin yanındakı ərazini qanunsuz zəbt edib istifadə edir. Şəki regional Bələdiyyə İdarəsi də haqqını alıb kənarda durub. Hesab edirik ki, bu özbaşnalığı təcili dayamdırmaq lazımdır. Dayandırlmasa sabah biz özümüzə cavab verə bilmərik. Təcili olaraq bu oyunbazlar barəsində tədbirlər görülməlidir.

Xahiş edirik ki, bizim bu müraciətimizi nəzərə alıb kənd camaatına mal-qarasını otarmaq üçünbu ərazinin bələdiyyə torpağı kimi örüş sahəsi ayrılması üçün köməklik göstərəsiniz".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ