Lənkaranda başçı-müavin münasibətlərinin şok təffərrüatı – VİDEO
Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva haqqında sensasiyalı video-müraciət yayılıb. Sosial şəbəkədə yayılan videoda ilginc ittihamlar yer alıb. Belə ki, Lənkəran sakini Elşən Qafarov sosial şəbəkələrdəki hesabında Lənkəranın icra başçısı və onun müavini tərəfindən talan edildiyini bildirib və icra başçısı Taleh Qaraşovun xanım müavininin təsiri altında olduğunu da iddia edib. Bununla bağlı cumhuriyyet.az bildirir ki, E. Qafarov video-müraciətində T. Qaraşov və müavininin korrupsiya sxemlərini açır və çoxsaylı mülkləri hansı vəsaitlə əldə etdiklərinin araşdırılmasını vacib sayır. Ekspert, eyni zamanda, Rəsilə Əliyevanın müavin olduğu qısa müddətdə aldığı və ya ona bağışlanan əmlakları sadalayır:
1. “Dəniz Hotel” (anasının adına sənədləşdirilib)
2. Bakıda, “Gənclik” metrostansiyası yaxınlığında villa (850 000 manat dəyərində)
3. Lənkəranda, Qala adlanan mərkəzi yaşayış massivində 2 otaqlı mənzil
4. Lənkərənda, dəniz kənarında villa
5. Rvo kəndi ərazisində, Lənkəran çayı sahilində böyük torpaq sahəsi
6. Bakıda, Ağ Şəhərdə (AMAY TM-nin yaxınlığında) 3 otaqlı mənzil
7. Lənkəranda, “RayPO” adlanan yaşayış massivində 4 otaqlı mənzil
8. Lənkəranda, “EvroAptek” deyilən binada 2 otaqlı mənzil və s.
E. Qafarovun bu və digər iddiaların yer aldığı video-müraciəti təqdim edirik:
Cumhuriyyet.net

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək