Polis Göyçayda aztəminatlı ailələrə yardım edib
- 17-04-2020, 11:15
- 973
Polis əməkdaşları rayon ərazisində 40-dan artıq belə ailəni ziyarət edib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar. Həmçinin bir daha həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, qaydalara uyğun olaraq evdə qalmalarının vacibliyi onların diqqətinə çatdırılıb.
Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə, RPŞ-nin əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.