Polis Göyçayda aztəminatlı ailələrə yardım edib
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində tənha yaşayan ahıl sakinlərə, eləcə də aztəminatlı ailələrə baş çəkib.
Polis əməkdaşları rayon ərazisində 40-dan artıq belə ailəni ziyarət edib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar. Həmçinin bir daha həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, qaydalara uyğun olaraq evdə qalmalarının vacibliyi onların diqqətinə çatdırılıb.
Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə, RPŞ-nin əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...