XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Şəkidə şübhəli tenderlər... - FAKT

Şəkidə şübhəli tenderlər... - FAKT

Şəkidə şübhəli tenderlər... - FAKT
10-04-2020, 14:25

Bu gün ölkəmizin hər yerində koronavirusa qarşı aparılan tədbirlər davam edir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, qabaqlayıcı tədbirlər tək paytaxda deyil,bütün rayon və kəndlərdə də həyata keçirilir.Bütün rayon İcra Hakimiyyətlərinin işçiləri, rayon polis şöbələrinin əməkdaşları, o cümlədən müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, könüllülərdən ibarət maarifləndirmə qrupları tərəfindən mütəmadi olaraq yerlərdə koronavirus pandemiyası (COVID-19) ilə bağlı sakinlərlə maarifləndirici söhbətlər aparılır,fəaliyyət göstərməsinə icazə verilmiş obyektlər istisna olmaqla, digər ictimai iaşə müəssisələrinin işləməsi karantin rejiminə uyğun olaraq dayandırılmış və rejim qaydalarının pozulmaması üçün rayon rəhbərlikləri tərəfindən daim nəzarətdə saxlanılırlar.

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Şəki şəhərində də qabaqlayıcı tədbirlər görülür. Bu məqsədlə rayonda xüsusi qərargah yaradılmış, daxil olan məlumatların operativ qəbul edilməsi üçün “Qaynar xətt” fəaliyyətə başlamışdır. Keçirilmiş bir çox tədbirlərlə yanaşı Şəki şəhər İcra Hakimiyyətində digər gündəlik işlər də davam etdirilir.Tenderlər keçirilir,müqavilələr bağlanır.

Şəki şəhərində beynəlxalq, Respublika və şəhər əhəmiyyətli festival və bayram tədbirlərinin keçirilməsi üçün mehmanxana və restoran xidmətlərinin satın alınması üzrə 08.04.2020-ci ildə elan olunmuş tenderə görə qalib şirkət 315 nəfərlik nümayəndə heyətinin rəhbəri və ayrı-ayrı rəsmi şəxslər və nümayəndə heyətinin üzvləri,tərcüməçilər və müşaiət edən şəxslərə və həmçinin yerli qonaqlara ziyafət verilməsi,175 nəfərlik nümayəndə heyətinin rəhbəri və ayrı-ayrı rəsmi şəxslər üçün otel xidmətinin göstərilməsi,1260 nəfər nümayəndə heyətinin üzvləri,tərcüməçilər və müşaiyət edən şəxslərə otel xidməti,1435 nəfər nümayəndə heyətinin rəhbəri və ayrı-ayrı rəsmi şəxslər və nümayəndə heyətinin üzvləri, tərcüməçilər və müşaiyət edən şəxslər restoran xidməti göstərilməlidir. Qeyd edək ki, tenderin başlanma tarixi 17.02.2020-ci il,zərflərin açılış tarixi isə 19.03.2020-ci ildə nəzərdə tutulub.Lakin nədənsə Şəki şəhər İcra Hakimiyyəti zərflərin açılışı elanını 08.04.2020-ci ildə dərc edərək “VOLQA-499” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 185815 manat dəyərində müqavilə bağlayıb. Qeyd edək ki, “VOLQA-499” MMC 11 saylı Ərazi Vergilər Baş İdarəsində 06.02.2007-ci ildə dövlət qeydiyyatına alınıb.Qanuni təmsilsiçisi Bəşirov Fəxrəddin Bəşir oğlu olan MMC-nin cəmi 5 manat nizamnamə kapitalı var. 5 manat nizamnamə kapitalı olan bir MMC-nin Şəki rayonuna təşrif buyuracaq nümayəndə heyətinin rəhbəri, ayrı-ayrı rəsmi şəxslər,nümayəndə heyətinin üzvləri və tərcüməçilərə otel və restoran xidmətlərini harada,hansı səviyyədə təşkil edəcəyi isə çox maraqlıdır.

Şəki şəhər İcra Hakimiyyəti elə həmin gün müxtəlif mal-materialların satın alınması üzrə açıq elan etdiyi ikinci tenderin qalibini “AYLİN-V” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edərək şirkət ilə 55325 manat dəyərində müqavilə bağlayıb.Bu tenderdə isə nümayəndə heyətinin üzvləri, tərcüməçilər və müşaiyət edən şəxslər üçün 180 ədəd xatirə hədiyyələri,nümayəndə heyətinin rəhbəri və ayrı-ayrı rəsmi şəxslər üçün 25 ədəd xatirə hədiyyələri və şəhərin müxtəlif ərazilərinin Yeni il və Novruz bayramına uyğun bəzədilməsi nəzərdə tutulur.

Şəki şəhər İcra Hakimiyyəti tərəfindən səhnə tərtibatı və qurulması işlərinin satın alınması üzrə elan etdiyi tenderin də qalibi “AYLİN-V” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 76800 manat dəyərində müqavilə bağlanıb. Müqavilənin şərtlərinə əsasən MMC 3 ədəd 100-150 kv/m. səhnə, led ekran 50-70 kv/m., işıq 40-60 ədəd, səsin gücü 40-60 kvt., səhnənin aşağısında və yanlarında led ekran səhnə tərtibatını və qurulmasını təmin etməlidir.Hansı yeni ildə o bəlli deyil. Qeyd edək ki,”AYLİN-V” MMC-də 11 saylı Ərazi Vergilər Baş İdarəsində 31.01.2017-ci ildə dövlət qeydiyyatına alınıb.Qanuni təmsilçisi Məmmədov Ülvi Qinyaz oğlu olan MMC-nin 10 manat nizamnamə kapitalı var.Elanlardan da göründüyü kimi “AYLİN-V” MMC Şəkidə şənliklərin keçirilməsi üçün səhnə tərtibatından tutmuş nümayəndə heyətinin üzvlərinə hədiyyələrin alınmasına kimi xidmətlər göstərəcək.Ümumi dəyəri 132 125 manat olan bu tədbirlərin də nə vaxt,hansı xarici nümayəndələr üçün keçiriləcəyi də bəlli deyil.

Amma tenderin şərtlərinə görə öhdəlik göturmüş MMC bu işləri il ərzində həyata keçirməlidir.Qeyd edək ki, hər bir tender 17.02.2020-ci ildə elan olunub.Tender zərflərinin 19.03.2020-ci ildə açılacağı barədə əvvəlcədən məlumat verilsə də, qalibin müəyyən olunması üçün keçirilmiş müsabiqə haqqında elan 08.04.2020-ci ildə verilib. Novruz bayramının artıq arxada qaldığı hər kəsə bəllidir. Hamıya məlum olduğu kimi bu il mart ayının 2-dən bu yana koronavirus pandemiyasının ölkə ərazisində yayaılmasının qarşısını almaq məqsədi ilə kütləvi tədbirlərin keçirilməsi dövlət səviyyəsində ləğv edildi. Hazırda ölkə ərazisində karantin rejiminin elan olunması ilə əlaqədar bir çox dövlət tədbirləri təxirə salınıb. Karantin rejimində bu tenderlərin keçirilməsi də təxirə salına bilərdimi? Əlbəttə,necə ki,bir çox dövlət qurumları əvvəlcədən elan olunmuş tender prosedurlarının keçirilməsini mövcud vəziyyətlə əlaqədar ya təxirə salınması,ya da başqa vaxta keçirilməsi barədə bildiriş elanı vermişlər. Bəs Şəki şəhər İcra Hakimiyyətinin Tender Komissiyası bunu nə üçün nəzərə almayıb? Qarşıdakı aylarda da bir sıra dövlət tədbirlərinin keçirilməsi,xarici qonaqların,nümayəndələrin rayona səfəri sual altındadırsa Şəki şəhər İcra Hakimiyyəti bu tenderləri hansı məqsədlərlə həyata keçirir? Bu vəsaitlər görəsən başqa istiqamətlərə,başqa məqsədlər üçün yönəldilməyəcək ki?Təbii,biz çox gözəl bilirik ki, vəsait ayrılmış tədbirlərin keçirilməsi müəyyən səbəblərə görə baş tutmazsa, bağlanmış müqavilələr öz qüvvəsini itirmiş hesab olunur.Təki dünyamız düzəlsin,Şəkidə bayram şənlikləri keçirilsin.
Aktualinfo.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.