SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » ASTARA RTŞ SƏDRİ, ƏMƏKDAŞIMIZLA POLEMİKAYA GİRİB BİABIR OLDU - FOTO

ASTARA RTŞ SƏDRİ, ƏMƏKDAŞIMIZLA POLEMİKAYA GİRİB BİABIR OLDU - FOTO

Tarix:

7-04-2020, 11:28

/ 2 590 dəfə oxundu.
ASTARA RTŞ SƏDRİ, ƏMƏKDAŞIMIZLA POLEMİKAYA GİRİB BİABIR OLDU - FOTO

Teref.az-ın elektron poçtuna “TƏHSİLARAŞDIRMALAR MƏRKƏZİ”-indən daxil olan yazını təqdim edirik:
Arayış: Hörmətli media, bir neçə gün öncə Astara RTŞ sədri barəsində sosial mediada, feysbukda, müxtəlif qruplarda bir iddia səsləndirildi. Leman Adıgözəlova adlı jurnalist və ya istifadəçi tərəfindən səsləndirilən iddia, rüşvət və dələduzluqla bağlı idi. (Qeyd edək ki, həmin iddia, hələki bizim tərəfimizdən araşdırılır. Karantin şəraiti ilə əlaqədar təbii ki, imkanlarımız məhduddur). Və məsələ ilə bağlı direktor R. Fərzəliyev açıqlama etmək məcburiyyətində qaldı, lakin Aynur Əskərovanın Diaqnostik Qiymətləndirmədən cəmi 11 bal toplamasını qeyd edərək, məntiqsiz şəkildə, iddiaları bu yolla təkzib etməyə çalışdı. (Halbuki, toplanılan balın miqdarının məsələyə birbaşa dəxlisi yoxdur).
Məsələni, feysbukdakı bir qrupda gündəmə gətirən və Astara təhsiliylə bağlı son zamanlardakı ciddi problemlərin araşdırılmasını istəyən əməkdaşımız Emin Aydın Mirzəli isə surprizlə qarşılaşdı. Belə ki, skrindən də göründüyü kimi, bu dəfə RTŞ sədri özü vəziyyətə müdaxilə edərək, direktorun dediklərini təkrarladı və Emin bəyi "səhv çıxartmaq üçün" təhsil ekspertiylə mübahisəyə girişdi. Və əsas olanlar da bundan sonra oldu! Necə deyərlər, Rəşad bəy, sözün həqiqi mənasında, çuvalladı və özünü ələ verdi.
Polemikanı və skrinləri, həmçinin məsələ ilə bağlı Emin Aydın Mirzəlinin mətbuat üçün açıqlamasını diqqətinizə çatdırırıq.
ASTARA RTŞ SƏDRİ, ƏMƏKDAŞIMIZLA POLEMİKAYA GİRİB BİABIR OLDU - FOTO



Şərhlər

XƏBƏR LENTİ