Polis Oğuzda yaşlı sakinlərə baş çəkib
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, xüsusi karantin rejimi müddətində Oğuz Rayon Polis Şöbəsi tərəfindən rayon ərazisində tənha yaşayan yaşlı insanlara, əlillərə və aztəminatlı ailələrə yardım olunub.
Yaşı 65-dən yuxarı olan şəxslərin çölə çıxa bilməmələri nəzərə alınaraq polis əməkdaşları həmin sakinlərin evinə gedib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara təqdim ediblər. Yaşlı insanlarla yanaşı şöbə əməkdaşları müxtəlif xəstəliklərdən əziyyət çəkən və maddi cəhətdən imkanı zəif, aztəminatlı ailələrə də baş çəkib. Onlara da qida məhsullarından ibarət bağlamalar verilib, köməklik göstərilib. Sakinlər də onlara göstərdikləri diqqət və qayğıya görə, Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq ediblər.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...